Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Aprel, Cümə, Bakı vaxtı 07:41

Mübariz Mənsimovun aclığı davam etdirdiyi bildirilir


Mübariz Məsimov haqda həbs qərarı verildi
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Mübariz Məsimov haqda həbs qərarı verildi

«Palmali» şirkətinin prezidenti, hazırda Türkiyədə həbsdə olan Mübariz Mənsimovun aclıq aksiyasını davam etdirdiyi bildirilir.

Bunu bugün, martın 26-da «Palmali» şirkətinin baş meneceri Fidan Quliyeva deyib: «Bir müddət əvvəl keçirdiyi ağır cərrahiyyə əməliyyatı və aclıq orucu M.Mənsimovun səhhətinə ciddi təsir edir. Onun azadlığa buraxılması və ya xəstəxanaya yerləşdirilməsi xəbərləri həqiqətəuyğun deyil. Hazırda M.Mənsimovun azadlığa buraxılması məqsədilə hüquqi proses davam edir. Vəkillər onun azad olunması üçün əllərindən gələni edirlər».

M.Mənsimovun həbs edildiyi vaxtdan (martın 16-dan) aclıq aksiyasına başladığı söylənir. Amma bu məlumatı, hələlik, Türkiyənin rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb..

'Mübariz Mənsimovun səhhəti pisləşib'

Türkiyədə həbsdə olan işadamı Mübariz Mənsimovun səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə M.Mənsimovun Hüquqların Müdafiə Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, M.Mənsimov həbsinin əsassız olduğunu bildirərək, artıq 8 gündür aclıq aksiyası keçirir və bu, onun səhhətinin pisləşməsinə səbəb olub: «Mübariz Mənsimov 8-ci gündür nə yemək, nə də dərman qəbul edir. O, bu yaxınlarda ağır əməliyyatdan çıxıb və dərman içməlidir, lakin bundan imtina edir».

Komitədən həmçinin bildirilib ki, işadamının səhhətinin pisləşməsi ilə əlaqədar onun saxlandığı həbsxanaya həkimlər dəvət olunub.

«Həkimlər vəziyyətinin pis olduğunu deyərək, onu xəstəxanaya köçürmək lazım olduğunu bildiriblər. Lakin buna icazə olmadığına görə bu, mümkün olmayıb. Həkimlər sistem qoşmaq istədilər, lakin Mübariz bəy bundan imtina etdi», - Komitədən vurğulanıb.

Bu açıqlamaya, hələlik, Türkiyənin hüquq-mühafizə və səhiyyə qurumlarından münasibət almaq mümkün olmayıb.

Həmkəndliləri Mübariz Mənsimovu günahsız sayırlar
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Xatırlatma

Mübariz Mənsimov bu il martın 15-də İstanbulda saxlanıb. Türkiyə mediasında yazılanlara görə, o, İstanbul Baş Prokurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində tutulub. İşadamının ofisində axtarış aparıldığı da bildirilib. «Hürriyet» qəzetində yazılıb ki, əslən Azərbaycandan olan işadamı M.Mənsimov 2015-ci ilin iyununda Türkiyədəki çevriliş cəhdi və ABŞ-da yaşayan Fəthullah Gülənlə əlaqələrə görə tutulub. M.Mənsimov haqqında martın 16-da axşam saatlarında həbs-qətimkan tədbiri seçilib. «Palmali» Şirkətlər Qrupu M.Mənsimovun günahsız olduğunu bildirən açıqlama yayıb.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı yüzlərcə insan həlak olub. Daha sonra on minlərcə adam həbs edilib, on minlərcə isə işdən çıxarılıb. Türkiyə rəsmiləri iddia edirlər ki, həmin çevrilişə cəhdi hazırda ABŞ-da yaşayan Fətullah Gülən hazırlayıb. Amma əslən Türkiyədən olan ilahiyyatçı F.Gülənin özü bu ittihamı qəbul etmir.

M.Mənsimov 1968-ci ildə Bakıda doğulub. Burada hərbi məktəb bitirib. O, «Palmali» Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi olduğu deyilir.

XS
SM
MD
LG