Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

‘Putin səsverməsi’ yubana bilər – Qərb mediası


Vladimir Putin, arxiv fotosu
Vladimir Putin, arxiv fotosu

Rusiyada konstitusiyaya dəyişikliklər üzrə referendum koronavirusa görə təxirə salına bilər. Bu haqda “The Guardian” yazır. Söhbət Vladimir Putinə 2036-cı ilədək hakimiyyətdə qalmağa imkan verəcək dəyişikliklərdən gedir.

Hələlik, Kreml aprelin 22-nə təyin olunan səsvermənin vaxtını dəyişməyib.

Konstitusiyaya dəyişikliklər qəbul olunarsa, Putin beşinci, hətta altıncı müddətə də prezident seçilə bilər.

“Vətəndaşlarımızın səhhəti daha vacibdir”

Moskvada, eləcə də ölkənin digər şəhərlərində koronavirusa qarşı daha sərt tədbirlər görülməkdədir. Bu arada seçki rəsmiləri evdən səsverməni, seçkini gerçəkləşdirmənin digər yollarını müzakirə edirlər.

140 milyonluq əhalisi olan ölkənin səhiyyə rəsmiləri üzbəüz kontaktları azaltmağa çalışır.

“Səsvermə aprelin 22-nə təyin olunub, amma vətəndaşlarımızın səhhəti daha vacibdir. Epidemioloji vəziyyət güclənərsə, onda vaxtın dəyişdirilməsinə baxıla bilər”, – Putinin sözçüsü Dmitry Peskov deyib.

Dünən – martın 23-də “Vedomosti” qəzet yazıb ki, səsvermə iyuna keçirilə bilər. Qəzet prezident administrasiyasında üç mənbəyə istinadla qərarın bu həftə açıqlanacağını vurğulayıb. Mənbələrdən birinin bildirməsinə görə, səsvermənin indiki tarixi Rusiyada koronovirus hallarının proqnozlaşdırılan pik dövrünə düşə bilər.

Digər tədbirlərə də təhdid yaranıb

“The Guardian” xəstəliyin yayılmasının Rusiyada 9 may Qələbə Gününün 75 illik yubileyinə də təhdid yaratdığını qeyd edir. Fransa Prezidenti Emmanuel Macron, ABŞ-ın Milli təhlükəsizlik müşaviri Robert O’Brien tədbirə gedəcəklərini açıqlayıblar. Bu tədbirdə təkcə 2-ci dünya müharibəsi veteranları yad olunmur, həm də Rusiya hərbi texnikasını, təyyarələrini, qitələrarası ballistik raket komplekslərini nümayiş etdirir.

Rusiya iyuna planlaşdırılan Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunu artıq ləğv edib.

Ölkə rəsmilərinin bazar ertəsi yaydığı məlumata görə, 71 yeni yoluxma halı qeydə alınıb və bu ümumi yoluxma sayını 438-ə çatdırıb. Bəlli yoluxmaların 262-si Moskvanın payına düşür.

Qəzet Rusiyada koronovirus pandemiyasının 2014-cü ildən bəri ən ciddi siyasi mövsümlə üst-üstə düşdüyünü yazır. Belə ki Putin çar dönəmindən bəri ən uzunmüddətli başçı kimi tarixə düşə, bu mənada hətta Stalini də keçə bilər. Təhlilçilərin fikrincə, Putin ola bilsin, daha 12 il prezident olmaq istəməsəin, amma istənilən halda bu variantı açıq saxlamağa çalışır.

Moskvada mənzillənən Cari Siyasət Mərkəzi bildirir ki, səsvermənin yubadılması “hökumətin səmərəliliyi anlayışına mənfi təsir göstərə bilər”.

Bu səsvermə referendum deyil, hüquqi qüvvəsi də yoxdur, amma Putinin liderliyinin təsdiqlənməsi deməkdir. Konstitusiyaya islahatların yubanması “təhlükəli vakuum hissi yarada” bilər, qurum qeyd edir.

XS
SM
MD
LG