Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Cəbhədə vəziyyət gərginləşib


Azərbaycan hərbçisi
Azərbaycan hərbçisi

Bu gün, martın 24-ü Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttinin Goranboy istiqamətində atəşkəsin pozulması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib. Açıqlamada atışma nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olduğu da bildirilir:

«Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür».

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Amma tez-tez atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılır. Tərəflər buna görə bir-birlərini ittiham edirlər. Bəzən cəbhədən tərəflərə belə ölüm xəbərləri də gəlir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG