Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:20

Evdən işləmək bu məhsullara tələbatı yüksəldib


Evdən işləyənlər
Evdən işləyənlər

Dünyada daha çox işçinin evdən işləməyə başlaması laptoplara, şəbəkə birləşdiricilərinə, mikrosxemlərə tələbatı yüksəldib. Axı, şirkətlər koronovirusun yayılmasını səngitmək üçün virtual ofislər qururlar.

“Reuters” agentliyi yazır ki, bir çox şirkətlər gəlir proqnozlarını geri götürüblər, istehlakçı tələbatının azalacağını, iqtisadi düşüş gözləyirlər. Amma elektronika satıcıları, mikrosxem istehsalçılarının bazarı gətirəcək, deyəsən.

Son bir ayda bir sıra hökumətlər və şirkətlər adamlardan evdə qalmağı xahiş edir. Elə təxminən bu dövrdə dünyanın ən böyük yaddaş mikrosxemləri istehsalçısı olan Cənubi KoreyadaSamsung Electronics Co Ltd (005930.KS) yarımkeçiricilər ixracında 20 faizlik artım olduğunu bildirib.

Hər 3 amerikalıdan birinə evdən çıxmamaq göstərişi verilib, 5 min 400-dən çox ölüm halının qeydə alındığı İtaliyada isə ölkəiçi səyahətlər qadağan olunub. Bu, sözügedən məhsullara tələbatın daha da yüksələcəyini göstərir.

Dünyada koronavirusa 300-dən çox adam yoluxub, 15 minədək ölən var. Virus ilk dəfə dekabrda Çində yayılmağa başladı.

Laptoplara tələbat kəskin artıb

“Daha çox adam indi evdən işləyir və öyrənir. Bu, internet xidmətlərə tələbatın artmağı deməkdir... data mərkəzlərinə trafik vermək üçün daha böyük ötürücülər lazımdır”, – Cape Investment & Securities şirkətinin təhlilçisi Park Sung-soon deyib.

Cənubi Koreyanın ticarət nazirliyinin rəsmisi “Reuters” agentliyinə bildirib ki, bulud kompyuter sistemi server mikrosxemlərinin satışını gücləndirib.

Yaponiyada Dynabook laptop istehsalçısı tələbin kəskin artdığını bildirib. Bunun bir səbəbi şirkətlərin tele-işi həvəsləndirməsidir.

Avstraliyanın JB Hifi Ltd (JBH.AX) elektronika ticarətçisi də həm kommersiya, həm pərakəndə müştərilərin tələbatında “sürətlənmə” olduğunu bildirib.

Təhlilçilərin sözlərinə görə, Çin mikrosxemlərin ən çox tələb olunduğu ölkədir. Belə ki, Alibaba Group Holding Ltd (BABA.N), Tencent Holdings Ltd (0700.HK) və Baidu Inc (BIDU.O) kimi klaud xidməti provayderləri hökumətin virusla mübarizəsinə dərhal reaksiya veriblər.

“Klaud şirkətləri platformalarını açdılar, yeni və mövcud müştərilərin əməliyyatları aparması üçün daha çox resursdan pulsuz istifadəsinə şərait yaratdılar”, – Canalys-dən təhlilçi Yih Khai Wong deyib.

Agentlik onu da qeyd edir ki, təchizat zəncirinin pozula biləcəyi sarıdan narahatlıq qiymət artımına təsir göstərib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG