Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 06:22

Abxaziyada seçkini müxalifət liderinin udduğu bildirilir


Abxaziyada seçki

Gürcüstanın separatçı Abxaziya bölgəsində təkrar prezident seçkisini müxalifət lideri Aslan Bjaniyanın udduğu bildirilir. Xəbəri Rusiyanın TASS xəbər agentliyi ilkin nəticələrə istinadla yayıb. Martın 23-nə səhər bülletenlərin hamısı sayılıb və Bjaniya 56,5 faiz səs yığıb, agentlik MSK-nın adını çəkmədiyi rəsmisinə istinadla yazır.

Seçici iştiraklılığı 50 faizlik baryeri keçib, 71 faiz olub.

İqtisadiyyat naziri Adqur Ardzinba 35,42, keçmiş daxili işlər naziri Leonid Dzapşba 2,22 faiz səs yığıb. Seçicilərin 1,75 faizi namizədlərin hamısına qarşı çıxıb.

Prezidentin andiçmə mərasimi rəsmi nəticələr elan olunandan 30 gün sonra keçirilir.

Yanvarda Ali Məhkəmə Raul Xajimbanın üç ay öncəki seçkidəki qələbəsini ləğv etmişdi. Xajimba zorakı etirazlar nəticəsində istefa verməli oldu.

Seçkidən qabaq Bjaniya iki naməlum xəstəlikdən əziyyət çəkirdi. Tərəfdarlarından bəziləri onun zəhərləndiyini iddia edirdi.

Moskva Gürcüstanla 2008-ci ildə apardığı qısa müharibədən sonra bu ölkənin Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanıyıb və bu separatçı ərazilərdə qoşun saxlayır.

Dünya ölkələrinin əksəriyyəti Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın ərazisi kimi tanıyır.

XS
SM
MD
LG