Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 15:10

Həkimin karantindən yayınmaq istədiyi bildirilir


Həkim. Foto arxiv

Azərbaycanda bir həkimin karantindən yayınmaq istədiyi deyilir.

Bu barədə bu gün, martın 20-də Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, koronavirus infeksiyasına yoluxduğuna şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilib.

«Lakin o, həkim olmasına baxmayaraq, müxtəlif bəhanələrlə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, onun ailə üzvləri və sıx təmasda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil veriliblər», - DİN bildirir.

Həkimin adı çəkilmir. Açıqlamaya, hələlik, Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 10 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb.

XS
SM
MD
LG