Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:55

İlaxır çərşənbəsi də gəlib çatdı


Novruz ovqatsız Bakı
Gözlə
Embed

No media source currently available

0:00 0:03:16 0:00

Novruz ovqatsız Bakı

Bu gün, martın 17-si İlaxır çərşənbəsidir. Buna qədər Su, Od və Yel çərşənbələri qeyd edilib.

Bir çox insanların inamına görə, Novruz ərəfəsində, sonuncu çərşənbədə torpaq oyanır, nəfəs alır. Bu çərşənbə xalq arasında «Yer çərşənbəsi» və ya «Torpaq çərşənbəsi» adlanır.

İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbəsində qulaq falına çıxmaq, təmtəraqlı bayram süfrəsi hazırlamaq adətdir. Bu çərşənbədə həm də şamlar yandırılar, səməni süfrə bəzəyi olar. Üstəlik, xoş danışarlar ki, qulaq falına çıxan qız-gəlin ancaq xeyir sözlər eşitsin. Küsülülərin barışması da axır çərşənbənin tərkib hissələrindən biri sayılır və ortada kin-küdurətə yer verilmir.

Fevralın 25-də ilk- Su çərşənbəsi qeyd edilib. Martın 3-də Novruzun ikinci- Od çərşənbəsi olub. Martın 10-u da Yel çərşənbəsi oldu.

Adət və inanca görə, Novruz bayramından öncəki dörd çərşənbə beləcə xüsusi qeyd edilir.

2020-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olmalıdır.

Bu il Novruz bayramı ilə əlaqədar martın 20-dən 29-na kimi rəsmi qeyri-iş günləri olacaq.

Amma bu il dünyadakı yeni koronavirus təhlükəsiylə bağlı Azərbaycanda kütləvi Novruz şənlikləri də ləğv edilib.

Multimedia

XS
SM
MD
LG