Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:06

Rafael Dadaşov vəfat edib


R.Dadaşov

Aktyor Rafael Dadaşov bu gün, martın 16-da günorta saatlarında vəfat edib.

Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

R.Dadaşov bir müddət əvvəl infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

R.Dadaşov 1946-cı il yanvarın 4-də Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. R.Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. O, bir sıra teatr və kino filmlərdə rol alıb.

R.Dadaşov 1987-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olunmuşdu.

Multimedia

XS
SM
MD
LG