Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 02:55

Əmanətlərin sığortalanması müddəti uzadılıb


Sizcə, bankların işində nə dəyişməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Sizcə, bankların işində nə dəyişməlidir?

Bu gün, martin 13-də Milli Məclisin iclasında «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulub.

«Əmanətlərin tam sığortalanması haqqında» Qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də onun qüvvədə olma müddəti başa çatıb.

2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. 2016-cı il martın 4-dən «Əmanətlərin tam sığortalanması haqqında» Qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən vəsaitin tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanıb. Qanuna əsasən, həmin vaxtdan 2019-cu il martın 4-nə kimi yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub. Bu müddət sonrada bu il martın 4-dək uzadılmışdı.

Qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bu, 6-cı çağırış Milli Məclisin ikinci iclasıdır. Bundan 3 gün əvvəl, martın 10-da keçirilən ilik toplantıda təşkilati məsələlərə baxılıb.

Multimedia

XS
SM
MD
LG