Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

‘Qul’ ən gəlirli Rusiya filmi oldu


Filmdən kadr
Filmdən kadr

Klim Şipenkonun çəkdiyi “Qul” (Холоп) komediyasını büdcə-gəlir nisbətinə görə ən yaxşı filmlərdən saymaq olarmı? Kino bilicisi Sergey Lavrov bfm.ru saytına müsahibəsində bu filmin yalnız onuncu sırada yer aldığını deyib.

Ancaq sayt yazır ki, “Qul” filmi Rusiya kinoprokatında gəlirinə görə yalnız James Cameron-un məşhur “Avatar” filmindən geri qalır.

“Qul” komediyası “Yuxarıya dırmanış” (Движение вверх) idman dramını ötüb keçərək Rusiya tarixində ən çox kassa gəliri gətirən film kimi rekord qırıb. Film Rusiya və MDB-dəki ümumi gəlirlərinə görə hazırda yalnız “Avatar” filmindən geri qalır.

Son büdcə

“Qul”un yekun büdcəsi — təxminən 200 milyon rubl (2 milyon 746 min dollar) olub. Filmin bazarlanmasına daha 100-150 milyon rubl (1 milyon 373 min- 2 milyon 60 min dollar) xərclənib. Bunlar “Forbes” jurnalının kino bazarındakı mənbələrdən götürdüyü rəqəmlərdir.

Filmi “Yellow, Black & White” adlı prodüser şirkəti “Gazprom-media” ilə birlikdə və “Rossiya 1” kanalının iştirakı ilə çəkib. Film holdinqin kanallarında, eləcə də STS, “ORT” və “Rossiya 1” televiziya kanallarında reklam olunub.

“Qul” filminin reklamında internet marketinqindən geniş istifadə edilib. İnstaqramda üzərində “Sən nə qədər qulsan?” yazılmış maskalar peyda olmuşdu.

Gəlir 20 milyon dolları aşıb?

“Yellow Black & White” şirkətinin marketinq direktoru Aleksandr Ilyin sayta açıqlamasında deyib ki, bütün bunlara baxmayaraq filmin yaradıcıları daha az gəlir götürəcəklərinə inanırdılar:

“Yəqin ki, 1,5 milyard rubl (20 milyon 325 min dollar). Axı birincisi, yeni il idi və film yetərincə yaxşı məbləğ toplamağa imkan verirdi. Üstəlik, ümumən reklam strategiyasına əməl olunub. Biz özümüz üçün müəyyən bir məbləğ təyin etmişdik və onu iki dəfə aşdıq. Tamaşaçılar bu filmə bir neçə dəfə gedirlər. Belə gəlirlər həm də tamaşaçıların bir-birinə verdiyi rəy sayəsində mümkün olub. Film hələ də prokatdadır. Ümid edirik hələ də müəyyən qədər [prokatda] qalarıq”, - Ilyin deyib.

Filmin istehsalına Rusiyanın Kino Fondu da 20 milyon rubl (270 min 200 dollar) ayırıb. Klim Şipenkonun özü də “Meduza”ya müsahibəsində fondun çox kiçik və geri ödənilməsi tələb olunmayan bir məbləğ verdiyini deyib.

Ötən il ərzində Şipenkonun iki uğurlu filmi olub. Payızda hamı onun “Mətn” (Tekst) filmini müzakirə edirdi.

Dmitriy Qluxovskinin romanı əsasında çəkilmiş bu film jurnalist Qolunova açılmış cinayət işi kontekstində qəfildən çox aktuallaşdı. Film “Qızıl qartal” mükafatına layiq görüldü.

“Qul”a – “Xolop”a gəlincə, onu uğurlu kommersiya layihəsi saymaq olar. Filmin gəlirləri onun büdcəsindən 15 dəfə çox oldu. Sayt müqayisə üçün Jora Krıjovnikovun “Öpüşün!” (Горько!) filmini misal göstərir. Bu filmin gəliri büdcəsini 17 dəfə aşmışdı.

“Qul”a 11 milyon tamaşaçı baxıb

Gəlirinə görə keçmiş rekordçu “Yuxarıya dırmanış” filmi də Yeni il öncəsi həftəsonu ekranlara çıxarılmışdı.

Ancaq Şipenkonun filmi idman dramı ilə müqayisədə bayram ovqatına daha çox uyğun gəlir. “Bülleten kinoprokatçika” nəşrinin reklam direktoru Aleksandr Qolubçikov belə deyib.

Onun sözlərinə görə, “Yuxarıya dırmanış” filminə daha yaşlı auditoriya, idman həvəskarları gəlib. “Qul”sa daha çox gənc auditoriya üçün çəkilmiş filmdir. “Məhz tamaşaçının onu bir neçə dəfə baxılası yaxşı əyləncəli film kimi qəbul etməsi sayəsində bu qədər yüksək gəlir əldə edilib».

Bununla yanaşı, tamaşaçı sayına görə “Yuxarıya dırmanış” filmi lider olaraq qalmaqdadır. 2017-ci ilin yekunlarına görə idman dramına 12 milyon insan baxmışdısa, “Qul”a 11 milyon tamaşaçı baxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG