Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 03:21

Operativ qərargahdan xəbərdarlıq


Masallıda karantində saxlanılanlar etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Masallıda karantində saxlanılanlar etiraz edir

Koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, təcili tibbi yardım heyətinə qarşı müqavimət göstərir, həkim nəzarətindən yayınmaq istəyirlər.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın martın 6-da yaydığı məlumatda deyilir.

Qərargah xəbərdarıq edir ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək.

Məlumatda həmçinin deyilir ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun özünün sağalması, yaxın və uzaq ətrafının bu virusa yaxalanmaması baxımından zəruridir.

Rəsmi məlumata görə, Azərbaycanda da bu infeksiyaya 6 nəfər yoluxub, onların vəziyyəti sabitdir, bu virusdan ölüm hadisəsi qeydə alınmayıb.

XS
SM
MD
LG