Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:35

Sərhəd Xidməti 'diversiya'dan danışdı


Cəbhə xətti

«Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətəuyğun deyil və reallığı əks etdirmir». Azərbaycan DSX-nın martın 6-da yaydığı məlumatda belə deyilir.

Ermənistan mətbuatı Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun yaralanması haqda yazır.

DSX-nın məlumatında deyilir ki, martın 6-da səhər saatlarından Qazaxın Cəfərli kəndi istiqamətindəki sərhəd döyüş məntəqələri Ermənistan ərazisindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

«Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub»,- məlumatda vurğulanır.

Azərbaycan XİN: 'Buna görə Ermənistan məsuliyyət daşıyır'

Martın 5-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində sərhədçi əsgər Orxan Paşazadə həlak olub.

Azərbaycan Xarici İşlər Nazirliyi buna görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü, insidentin məqsədyönlü təxribat xarakteri daşıdığını bildirir. Nazirliyin yaydığı açıqlamada deyilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozublar: «Düşmən qüvvələrin snayperdən açdığı atəş nəticəsində Qazax rayonu Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsindəki sərhədçi əsgərimiz Orxan Paşazadə qətlə yetirilib».

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə atəşkəs elan edilənə kimi Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG