Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:28

M.Ə.Rəsulzadənin vəfatından 65 il ötür


Məhəmməd Əmin Rəsulzadənin dəfni, Ankara. 1955

Martın 6-da müsəlman Şərqində ilk olan Azərbaycan Cümhuriyyətinin əsas liderlərindən Məhəmməd Əmin Rəsulzadənin vəfatından 65 il ötür.

O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarından siyasi fəaliyyətə qoşulub, «Hümmət» təşkilatının yaranmasında iştirak edib.

Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə gedib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Tbilisidə Azərbaycan Cümhuriyyətinin yaradılması barədə İstiqlal Bəyannaməsini rəsmi elan edənlərdən biridir.

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-20-ci illərdə mövcud olub və 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində süqut edib.

Rəsulzadə bolşevik işğalından sonra həbs edilib, az sonra Moskvaya aparılıb. 1922-ci ildə Rusiyadan Finlandiyaya, oradan isə Türkiyəyə gedib.

O, 1955-ci il martın 6-da Ankarada vəfat edib, «Esri» məzarlığında dəfn edilib.

M.Ə.Rəsulzadənin məzarı Azərbaycana gətirilməyib. Müxtəlif siyasi qüvvələr siyasi hakimiyyətin ona «ögey», «qısqanc» münasibət göstərməsini iddia edirlər. Bu fikirdə olanlar ona paytaxt Bakıda heykəl qoyulmadığını, adının Bakı Dövlət Universitetindən, şəklinin manatın üzərindən götürülməsini, bəzi yerlərdə büstlərinin müxtəlif bəhanələrlə sökülməsini önə çəkirlər. İqtidar isə Rəsulzadəyə AXC qurucularından biri olaraq lazımı sayğı və diqqətin göstərildiyini bildirir.

Multimedia

XS
SM
MD
LG