Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 00:50

BMT-nin keçmiş rəhbəri 100 yaşında vəfat edib


Javier Perez de Cuellar

BMT-nin keçmiş rəhbəri, İran-İraq müharibəsində atəşkəsə nail olmuş Javier Perez de Cuellar vətəni Peruda 100 yaşında vəfat edib. Bu haqda onun oğlu martın 5-də məlumat yayıb.

Perez de Cuellar 1981-1991-ci illərdə BMT-nin Baş katibi vəzifəsində çalışıb.

O, BMT-yə səkkiz il davam etmiş İran-İraq müharibəsi dövründə liderlik edib. O zaman ABŞ-ın dəstəklədiyi Əl Salvadorda da vətəndaş müharibəsi gedirdi. BMT bu münaqişələrdə sülh danışıqlarına vasitəçilik edib.

Perez de Cuellar 1973-1974-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasının başçısı, 1975-1977-ci illərdə BMT-nin Kiprdə daimi təmsilçisi olub.

BMT-nin indiki baş katibi Antonio Guterres yanvarın 19-da, 100-cü ad günündə onu “iftixar və sevinclə” təbrik edib.

XS
SM
MD
LG