Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 18:57

KİV və sosial mediaya koronavirus xəbərdarlığı


Koronavirus şübhəliləri hansı şəraitdə saxlanılır? Video
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Koronavirus şübhəliləri hansı şəraitdə saxlanır? Video

Martın 5-də Nazirlər Kabineti yanında Operativ qərargahla Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) bir şəxsin koronavirusdan vəfat etməsi ilə bağlı yayılan səs yazısında söylənilənlər təkzib edilir.

Bildirilir ki, son günlər bəzi KİV və sosial şəbəkələrdə COVİD-19 virusu ilə bağlı ölkədə narahatlığa, ajiotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən qərəzli məlumatlar yayılır, süni ajiotaj yaratmaq üçün xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilir.

Məlumatda deyilir ki, bu il fevralın 29-da 3 saylı xəstəxanada koronavirusdan vəfat etdiyi deyilən Nəzakət Ramazanova əslində ağciyərlərin pnevmoniyası xəstəliyindən vəfat edib, onda infeksion xəstəlik aşkar olunmayıb.

Rəsmi qurumlar sonda ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən KİV və sosial şəbəkə istifadəçilərinə ən ciddi tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Rəsmi məlumata görə, Azərbaycanda üç nəfər şəxs bu koronavirusa yoluxub, bununla bağlı Azərbaycanda ölüm halı baş verməyib. Şübhəlilər isə 14-29 gün karantində saxlanılırlar.

Vəziyyəti nəzarət altında saxlamaq üçün fevralın sonlarında Nazirlər Kabineti yanında Operativ qərargah yaradılıb.

XS
SM
MD
LG