Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

Türkiyə İdlib üzərində Suriya hərbi təyyarəsini vurub


İdlibin şərq hissəsində Türkiyə texnikası, 2 mart, 2020-ci il
İdlibin şərq hissəsində Türkiyə texnikası, 2 mart, 2020-ci il

Bu gün – martın 3-də Türkiyə qırıcısı Suriyanın şimal-qərbindəki İdlib vilayətində rejimə məxsus hərbi təyyarəni vurub. Bu, son üç gündə vurulan üçüncü təyyarədir. Məlumatı Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb.

Suriyanın SANA dövlət xəbər agentliyi təyyarənin “hədəfə alındığını” bildirir. Bazar günü isə iki hərbi təyyarə vurulmuşdu. Türkiyə İdlib regionunda Rusiyanın dəstəklədiyi rejim qüvvələrinə qarşı əməliyyat aparır.

Avstriyanın Kansleri Sebastian Kurz Türkiyəni sərt tənqid edib, Avropaya getmək istəyən minlərlə qaçqının üzünə sərhədləri açmaqla AB-ni “şantaj etdiyini” deyib.

“AB bu şantaja baş əyməməlidir”

“Bu, Türkiyə tərəfindən Avropa Birliyi və Yunanıstan üzərinə hücumdur. Adamlardan Avropaya təzyiq üçün istifadə edirlər... AB bu şantaja baş əyməməlidir”, – Kurz jurnalistlərə deyib.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan bazar ertəsi Suriya hərbi qüvvələrinə sərt xəbərdarlıq edərək demişdi ki, “razılaşdığımız xətlərə qayıtmazsınızsa, başlarınız çiyinlərinizdən ayrılacaq”.

Erdogan martın 5-də rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Suriyada atəşkəslə bağlı razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib.

“Reuters” agentliyi isə Yunanıstan hərbçiləri və polis əməkdaşlarının Türkiyə ilə sərhəddə keşik çəkdiyini xəbər verir.

Türkiyə ötən həftə bildirib ki, Avropa Birliyi ilə 2016-cı il razılaşmasına daha əməl etməyəcək. O vaxtdan 10 minədək miqrant sərhədə yol alıb. Sözügedən razılaşma milyardlarla avro yardım qarşılığında qaçqınların Türkiyə ərazisində qalmasını nəzərdə tuturdu.

Həftəsonu sərhəddə toqquşmalar olub, polis miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Yunanıstan hakimiyyəti ötən gecə sərhəddə sakitlik hökm sürdüyünü bildirib.

“Bu gün miqrantlar sərhədi keçməyə yalnız bir neçə cəhd ediblər. Ümid edək, mesajı alıblar”, – sərhədçilərdən biri agentliyə deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG