Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 08:09

Ali Məhkəmə cəbhəçinin şikayətini təmin etməyib


F.Əhmədli

Bu gün, martın 3-də Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı kassasiya şikayətinə baxılıb. Bu barədə AzadlıqRadiosuna F.Əhmədlinin atası Zəfər Əhmədli bildirib:

«Məhkəmə F.Əhmədlinin şikayətini təmin etmədi. Birinci və sonrakı instansiya nə qərar vermişdisə, həmin qərarları qüvvədə saxladılar. Vəkil kassasiya şikayətinin təmin olunmasını istədi. Dövlət ittihamçısı buna etirazını bildirdi. Hakim də bu etirazı qəbul etdi və şikayəti təmin etmədi. Məhkəmə qısa çəkdi...».

F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, operator işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb. AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib. Yuxarı məhkəmə instansiyaları hökmü qüvvədə saxlayıb. F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.

XS
SM
MD
LG