Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:41

Od çərşənbəsidir


Bakıda Novruz bayramı

Bu gün - martın 3-də Novruzun ikinci- Od çərşənbəsi qeyd olunur.

Buna xalq arasında «Üskü çərşənbə» də deyilir.

Bu çərşənbənin qədim insanların Günəşə, oda olan inamından irəli gəldiyi bildirilir. Adət-ənənəyə görə, bu çərşənbədə də, başqa çərşənbələr kimi, tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Azərbaycanda bu il martın 10-də Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Fevralın 25-də isə ilk- Su çərşənbəsi qeyd edilib.

2020-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.

Bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, 20-26 mart tarixləri rəsmi qeyri-iş günləri olacaq.

Multimedia

XS
SM
MD
LG