Keçid linkləri

Təcili xəbərlər
2020, 09 İyul, Cümə axşamı, Bakı vaxtı 06:08

Rusiya və Ukrayna 3-cü dəfə məhbus dəyişdirə bilərlər


Volodymyr Zelenskiy

Moskvayla Kiyev martda üçüncü dəfə məhbus mübadiləsi aparmağa razılaşıblar. Bunu Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin aparat rəhbəri Andriy Yermak deyir.

Yermak bu haqda martın 1-də, Minskdə Rusiyanın Ukrayna ilə sülh danışıqlarında əsas təmsilçisi Dmitry Kozak ilə görüşdən sonra danışıb. Məlumat Ukrayna prezidentinin vebsaytında yerləşdirilib.

Zelenskiy mayda hakimiyyətə gələndən ölkənin şərqində altı ildir gedən, 13 mindən çox adamın həyatına son qoymuş müharibəni bitirməyi özünün prioriteti elan edib.

Zelenski dekabrda rusiyalı həmkarı Vladimir Putinlə Ukraynanın şərqində atəşkəs və əlavə məhbus mübadiləsi ilə bağlı razılaşma əldə edib.

Hakimiyyətdə olduğu ilk 9 ay ərzində Zelenskiy iki məhbus mübadiləsinə nəzarət edib. Sentyabrda Ukrayna və Rusiya hərəsi 35 məhbus buraxıblar. Dekabrda isə Ukrayna 124, Rusiyanın dəstəklədiyi üsyançılar isə 76 ukraynalını azad edib.

XS
SM
MD
LG