Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 16:07

İrana humanitar kanal ‘tam işə düşür’


Steven Mnuchin

Birləşmiş Ştatlar bildirir ki, İsveçrədən keçən humanitar ticarət kanalı tam işə düşür, şirkətlər bu yolla ABŞ sanksiyalarını pozmadan İrana ərzaq, dərman və digər vacib məhsullar daşıya bilərlər.

Maliyyə naziri Steven Mnuchin fevralın 27-də bəyanatında deyib ki, “İsveçrə Humanitar Ticarət Razılaşması humanitar məhsulların rejimin diversiyası olmadan İran xalqına çatdırılmasını təmin edəcək”.

Bu razılaşma üzrə ilk ticarətin sınağı yanvarın sonunda keçirilib. Mnuchin deyib ki, indi ticarət fəaliyyətinə lisenziya verilib, yəni sistem tam işə düşüb.

Bu sistem çərçivəsində İrana heç bir gəlir, yaxud ödəniş daxil olmur. Vaşinqton Tehranı belə kanallardan sui-istifadə edərək korrupsiya və terrorçuluğun təbliğinə yönəltməkdə suçlayır.

Tehran isə iddiaları rədd edir.

ABŞ Prezidenti Donald Trump 2018-ci ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq ona sanksiyalar tətbiq edib.

O vaxtdan İranda kəskin məhsul qıtlığı yaranıb ki, bu da küçə etirazları və iğtişaşlara yol açıb.

XS
SM
MD
LG