Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:37

Ümrə ziyarəti də müvəqqəti təxirə salındı


Ümrə ziyarəti

Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün ölkəyə girişi müvəqqəti təxirə salıb. Səbəb koronavirusun mümkün yayılması sarıdan qorxulardır.

Ümrə ziyarəti çərçivəsində Məkkə və Mədinə şəhərlərinə ziyarət təxirə salınır.

Səudiyyə hakimiyyəti fevralın 27-də bildirib ki, koronavirus aşkarlanmış ölkələrdən turist vizasıyla gələnlər üçün ölkəyə giriş dayandırılıb.

Xarici İşlər Nazirliyi vətəndaşların, rezidentlərin və turistlərin qorunması üçün tədbirlər görüldüyünü açıqlayıb.

Qurum addımın müvəqqəti olduğunu, davamlı olaraq nəzərdən keçirildiyini bildirib.

Ümrə ziyarətinə hər il onminlərlə müsəlman gedir, ancaq həccdən fərqli olaraq, ilin istənilən vaxtı gerçəkləşə bilər.

Tədbirlərin iyulun sonunda başlanacaq həcc ziyarətinə necə təsir göstərəcəyi hələlik, bəlli deyil.

COVID-19 virusunun əsasən Çində yayılmasına baxmayaraq, artıq Asiya, Avropa və Yaxın Şərqdə də yayılmaqdadır.

İran regionda virusun ən çox yayıldığı ölkə sayılır, azı 19 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Son günlər Fars Körfəzi ölkələrindən Küveyt və Bəhreyn də əlavə tədbirlər açıqlayıblar.

XS
SM
MD
LG