Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 17:58

Koronavirusa görə birgə təlimləri təxirə saldılar


Daequ şəhərində dəmiryol stansiyası

Birləşmiş Ştatlar və Cənubi Koreya orduları illik hərbi təlimləri təxirə salıblar. Səbəb Cənubi Koreyada yayılmış koronavirus xəstəliyidir. Virusun Çindən sonra ən çox yayıldığı ikinci ölkə məhz Cənubi Koreyadır.

Birləşmiş Qüvvələr Komandanlığı fevralın 27-də bildirib ki, Seul virusla bağlı “kəskin” həyəcan səviyyəsi elan edəndən sonra belə bir qərar verilib.

ABŞ ordusunun Cənubi Koreyada 28 min 500 əsgəri var, onu Şimalın mümkün hücumundan qorumaqdan ötrü bu ölkəyə yerləşdirilib.

İndiyədək Cənubi Koreyanın 20, oradakı ABŞ hərbçilərindən isə birində COVID-19 virusu aşkarlanıb.

Ümumilikdə Cənubi Koreyada koronavirusa 1595 nəfər yoluxub, 12 nəfər dünyasını dəyişib.

Birləşmiş Ştatlar və Cənubi Koreya orduları mütəmadi təlimlər keçirərək hazırlıq səviyyəsini gücləndirirlər. Şimali Koreya bu manevrlərdən gileylənir, onları işğala hazırlıq adlandırır.

XS
SM
MD
LG