Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 20:00

Müxalifəti ziyarətə qruplara bölərək buraxdılar


Polis kordonu

Bu gün, fevralın 26-də bəzi müxalifət qüvvələri də Xocalı abidəsini ziyarət ediblər. Amma onlar ziyarətə qruplar şəkilində buraxılıblar.

Müsavat Partiyasının rəhbərliyi də AzadlıqRadiosuna bildirib ki, Xocalı abidəsini ziyarət edən zaman onlar süni maneələrlə üzləşiblər.

Partiyanın başqanı Arif Hacılının sözlərinə görə, partiya ziyarəti saat 13:00-a təyin etsə də, 1 saat ərzində gözləməli olublar: «Ümumiyyətlə, bu il ziyarət çox uğursuz təşkil olunmuşdu, ziyarətçilər ara küçələrlə buraxılırdı və həmin küçələrdə nəqliyyatın hərəkəti dayandırılmamışdı. Prospekt isə boş qalmışdı. Müsavat Partiyasına münasibət isə digər ziyarətçilərdən fərqli idi. Bizi gözlətdilər, üstəlik də, qruplara bölərək buraxdılar. Biz 50 nəfərlə abidənin önünə buraxıldıq. Hakimiyyət qarşıdurmanı yaratmağa çalışsa da, biz buna getmədik».

Milli Şuranın nümayəndələri da Xocalı abidəsini ziyarət edən zaman maneələrlə üzləşdiklərini bildiriblər.

Onların vurğulamasına görə, abidəyə çatmamış polis kordonu yaradılıb və bir müddət gözlətdikdən sonra təşkilatın üzvləri 25-30 nəfərdən ibarət qruplarla abidənin önünə buraxılıb. «Bundan sonra da bizi təxribata çəkməyə cəhd ediblər. Öyrədilmiş insanlar Milli Şuranın üzvlərini təhqir edərək təxribat törətməyə çalışdılar, lakin biz buna getmədik», - Milli Şuradan bildirilib.

Bu açıqlamalara, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bundan əvvəlki illər də ümummilli anım günlərində müxalifət partiyaları oxşar maneələrlə üzləşdiklərini açıqlayıblar. DİN isə polisin atdığı addımları təhlükəsizlik tədbirləri kimi izah edərək, onları ümummilli tədbirlərdən siyasi məqsədlər üçün yararlanmağa cəhdlərdə günahlandırıb.

Prezident İ.Əliyev anım mərasimində
Prezident İ.Əliyev anım mərasimində

Prezident Xocalı abidəsini ziyarət edib

Bu gün, fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

AZƏRTAC-ın xəbərinə görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev Xocalı abidəsinin önünə əklil qoyub, faciədə həlak olanların xatirəsini yad edib.

Habelə, başqa rəsmilər, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və bu faciədən xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.

26 fevral - Xocalı qurbanlarının anım günüdür
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Xocalı faciəsindən 28 il ötür

Bu gün, fevralın 28-də Xocalı faciəsinin 28 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Azərbaycan hökumətinin hesablamalarına görə, Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərini işğal etməsi nəticəsində dövlətə və vətəndaşlara 170 milyon dollardan artıq ziyan vurulub.

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

Multimedia

XS
SM
MD
LG