Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Sarkisian məhkəmə önünə çıxarılır


Serzh Sarkisian, arxiv fotosu
Serzh Sarkisian, arxiv fotosu

Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian fevralın 25-də Yerevanda məhkəmə önünə çıxarılır. O, ittiham olunduğu irimiqyaslı korrupsiya maddələrini siyasi motivli hesab edir.

65 yaşlı Sarkisian və daha dörd təqsirləndirilən Yerevan Birinci İnstansiya Məhkəməsində mühakimə olunacaqlar. Sarkisian 10 illik hakimiyyətdən sonra, iki il öncə kütləvi etirazlar nəticəsində vəzifədən getməli olub.

Ona dekabrda ittiham irəli sürülüb, 489 milyon dram ( 1milyon dollardan artıq) dövlət vəsaitinin “mənimsəmə” sxeminin koordinasiyasında ittiham olunur. Həmin vəsait 2013-cü ildə fermerlərə subsidiyalı dizel yanacağının verilməsi üçün ayrılıbmış.

Keçmiş prezident təqsirli bilinərsə, səkkiz il həbs cəzasına məhkum edilə bilər.

İttihamda deyilir ki...

Xüsusi İstintaq Xidməti (XİX) iddia edir ki, Sarkisian hökumət tenderini özünün çoxdankı dostu, biznesmen Barsegh Beglarian-a məxsus şirkətin xeyrinə saxtalaşdırıb. Halbuki, başqa bir yanacaq idxalçısı daha aşağı qiymət təklif edirmiş.

Barseghian, keçmiş kənd təsərrüfatı naziri Sergo Karapetian, onun keçmiş müavini Samvel Galstian və başqa bir keçmiş məmur da təqsirləndirilir.

Şübhəlilərin hamısı ittihamları rədd edirlər. Onların heç biri barəsində həbs qətimkan tədbiri seçilməyib.

Sarkisian və Ermənistanın Respublikaçı Partiyası (HHL) bildirir ki, keçmiş prezident Baş nazir Nikol Pashinian-ı açıq şəkildə tənqid etdiyi üçün təqib olunur.

2008-2018-ci illərdə Ermənistanı idarə etmiş Sarikisian 2018-ci ilin aprel etirazları nəticəsində istefa verəndən sonra “kölgəyə çəkilib”.

Pashinian hakimiyyətə gəlməmişdən öncə də, sonra da dəfələrlə Sarkisian-ı, onun ailəsini və siyasi ətrafını korrupsiyada ittiham edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG