Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Demokratlar Rusiyaya sanksiya tələb edirlər


İllüstrativ foto
İllüstrativ foto

Fevralın 24-də ABŞ Senatının aparıcı demokratları Prezident Donald Trump administrasiyasını Rusiyaya sanksiya tətbiq etməyə çağırıblar. Bundan qabaq ABŞ kəşfiyyat məmurları Konqres üzvlərinə xəbərdarlıq etmişdi ki, Rusiya yenə də seçkiyə müdaxiləyə çalışır.

Senatorlar Chuck Schumer, Bob MenendezSherrod Brown Dövlət katibi Mike Pompeo və Maliyyə naziri Steven Mnuchin-ə məktubda qeyd edirlər ki, administrasiya Rusiya hökumətinə və builki prezident seçkisinə təsir göstərməyə çalışan hər kəsə “dərhal və qətiyyətlə” sanksiya tətbiq etməlidir.

Rusiya təkzib edir

Bir neçə gün öncə yayılmış məlumatlara görə, Nümayəndələr Palatasında kəşfiyyat məmurlarının iştirakıyla qapalı brifinq keçirilib. Brifinqdə konqresmenlərə bildirilib ki, Rusiya və digər ölkələr noyabr seçkisinin bütövlüyünü təhdid yaradır.

Brifinq Rusiyanın Trump-ın yenidən seçilməsinə kömək etmək cəhdlərinə fokuslanmışdı. Demokratlardan namizədliyə iddialı Senator Bernie Sanders deyib ki, ona Rusiyanın seçkidə onun da şansını gücləndirməyə çalışdığını söyləyiblər.

Rusiya prezidentinin təmsilçisi isə “Kommersant” qəzetinə müsahibəsində bu iddianı rədd edib.

“Biz Birləşmiş Ştatların daxili işlərinə müdaxilə etməmək prinsipinə sərt və diqqətli şəkildə əməl edirik. Bu, 1933-cü il noyabrın 16-da, Sovet Rusiyası ilə Birləşmiş Ştatlar diplomatik münasibətləri bərpa edəndə möhürlənib”, – prezidentin informasiya təhlükəsizliyində beynəlxalq əməkdaşlıq üzrə xüsusi elçisi Andrei Krutskikh deyib.

“Rusiya prezidenti dəfələrlə vurğulayıb ki, Rusiya ABŞ-ın daxili işlərinə, seçki prosesləri daxil olmaqla heç vaxt müdaxilə etməyib və müdaxilə etməyə hazırlaşmır”, – o əlavə edib.

Heç bir xəbər mənbəyinə “inanmamaq”

Federal Təhqiqat Bürosunun (FTB) rəsmisi isə deyib ki, Rusiya amerikalıların “bir-birini didməsini” istəyir.

FTB-nin Xarici Təsir İşçi qrupundan David Porter fevralın 24-də Vaşinqtondan seçki təhlükəsizliyinə dair konfransda çıxış edib. O, Moskvanı dezinformasiya yaymaqda, ABŞ seçkisinin bütövlüyünə şübhə oyatmağa çalışmaqda suçlayıb.

Onun sözlərinə görə, Rusiya “informasiya qarşıdurması” aparır və burada faktla əfsanə bir-birinə qarışıb.

“Əsas məqsəd həqiqətin konkret versiyasını yaratmaq deyil, həqiqəti təhrif etmək və bizim onu tapmaq bacarığımızı əngəlləməkdir, elə bir fikir yaratmaqdır ki, heç bir xəbər mənbəyinə inanmaq olmaz”, – Porter vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG