Keçid linkləri

Təcili xəbərlər
2020, 02 İyul, Cümə axşamı, Bakı vaxtı 13:09

Ötən il Əfqanıstanda 3 mindən çox dinc sakin öldürülüb


Kabildə daha bir partlayışdan sonra, arxiv fotosu

BMT-nin Əfqanıstandakı missiyası 2019-cu ildə bu ölkədə zorakılıqlar nəticəsində 3 min 404 nəfərin öldürüldüyünü, 6 min 989 nəfərin yaralandığını bildirir. BMT-nin Əfqanıstandakı Yardım Missiyası hesabatı fevralın 22-də açıqlayıb. Artıq altıncı ildir ki, bu ölkədə öldürülən və xəsarət alan dinc sakinlərin sayı 10 min keçir.

Amma 2018-ci ilə baxanda 5 faizlik azalma var.

“Əfqanıstanda, demək olar, heç bir şəxs davam edən zorakılıqdan şəxsən kənarda qala bilməyib”, – Missiya rəhbəri Tadamichi Yamamoto deyib. O, bütün tərəfləri “fürsətdən yararlanaraq atışmanı dayandırmağa” çağırıb.

“Dinc sakinlərin həyatı qorunmalıdır və sülh cəhdləri həyata keçirilməkdədir”, – o deyib.

Fevralın 22-də ölkə ərazisində qismən atəşkəs qüvvəyə minib. Taliban, Birləşmiş Ştatlar və Əfqanıstan qüvvələri yeddi gün ərzində “zorakılığı azaltmağa” razılaşıblar. Fevralın 29-da ABŞ-la Talibanın sülh razılaşması imzalayacağı bildirilir.

XS
SM
MD
LG