Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:52

Türkmənistan 1 milyon funt sterlinqə qum alır


Türkmənistan Prezidenti Gurbanguly Berdymukhamedov at belində, arxiv fotosu

Ərazisinin 80 faizi səhralıq olan Türkmənistan Britaniyanın Andrew Bowen Ltd. şirkətindən 1 milyon funt-sterlinqə (($1,289,000) 10 min ton qum alacaq. Qumdan atlar üçün yeni cıdır meydanı salınmasında istifadə olunacaq.

Şirkətdən Simon Bowen fevralın 20-də AzadAvropa/AzadlıqRadiosuna telefonla bildirib ki, Türkmənistanla əldə olunmuş razılaşmaya görə, şirkət aprelədək yeni cıdır düzü üçün gərəkən bütün materialları çatdıracaq. Buraya Lankasterdən 10 min ton qum da daxildir.

Bowen deyib ki, qum cıdır düzü üçün vacib komponentlərdəndir.

O daha öncə BBC-yə demişdi ki, Türkmənistan qumunun “tərkibi və forması yaxşı deyil”, “Lankaster qumu” isə cıdır düzü üçün əlverişlidir.

Bu xəbər Türkmənistanın iqtisadi çətinliklərdən dolayı xərcləri azaltmağa çalışdığı dönəmə təsadüf edir.

XS
SM
MD
LG