Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 09:28

Yamayka Kosovonu tanımadığını deyir


Hashim Thaci

Yamaykanın Xarici işlər naziri Kamina Johnson-Smith Kosovo Prezidenti Hashim Thaci-nin iddiasını rədd edib. Thaci deyibmiş ki, guya Yamayka Kosovonu suveren dövlət kimi tanıyıb.

1998-1999-cu il Kosovo müharibəsinin komandirlərindən olmuş Thaci bu haqda fevralın 20-də axşam Twitter-də yazıb.

Thaci-nin sözlərinə görə, Kosovonun Birləşmiş Ştatlardakı səfiri Vlora Citaku ona Yamaykanın Kosovo Respublikasını “suveren və müstəqil” dövlət kimi “tanıması” haqda bilgiləndirib.

“Bunun bir neçə ilin ağır işi və lobbiçiliyinin nəticəsi olduğunu bilirəm”, – Thaci yazıb.

Yamaykanın xarici işlər naziri deyir ki, “Bu günədək Yamayka Kosovonu müstəqil ölkə kimi tanımayıb”.

Vaxtilə Serbiyanın muxtar vilayəti olan Kosovo 2008-ci ilin fevralında Belqraddan ayrılaraq müstəqillik elan edib. Amma Serbiya və ənənəvi müttəfiqi olan Rusiya onu suveren dövlət kimi tanımayıb.

Dünyanın 100-dən artıq ölkəsi Kosovonu suveren dövlət kimi tanıyıb.

XS
SM
MD
LG