Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:55

Koronovirusun iqtisadiyyata təsirindən danışacaqlar – Qərb mediası


Çin, 20 fevral, 2020-ci il
Çin, 20 fevral, 2020-ci il

Bu gün – fevralın 21-də Çində koronavirusa yeni yoluxma hallarında yenidən yüksəliş baş verib. Virusun episentri sayılan Hubey vilayətindən kənarda iki həbsxanada 200-dən çox adamda virus aşkarlanıb.

“Reuters” xəbər verir ki, hökumətlər virusun qlobal epidemiyaya çevrilməsini önləməyə çalışdıqları bir məqamda böyük iqtisadiyyatların Böyük 20-lik qrupunun maliyyə liderləri həftəsonu Səudiyyə Ərəbistanından görüşdə virusun qlobal iqtisadiyyata risklərini müzakirə edəcəklər.

Səhmlərin ucuzlaşması riski

“Təsiri böyük narahatlıqla izləyir, səhmlərin ucuzlaşması riskinə göz qoyuruq”, – Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda toplantıda iştirak üçün yola düşməzdən qabaq Tokioda parlamentdə deyib.

Artıq Çində koronavirusa 75 min 400-dən çox adam yoluxub, 2 min 236 nəfər dünyasını dəyişib. Virusun dekabrda Hubeyin paytaxtı Vuhanda diri heyvan bazarından qaynaqlandığı güman edilir.

Cümə günü Asiyada aksiyalarda ucuzlaşma qeydə alınıb. Yaponiya və Sinqapur artıq iqtisadi azalma riskiylə üz-üzədir. Cənubi Koreya cümə günü bildirib ki, fevralın ilk 20 günü ərzində Çinə ixrac azalıb.

Hakimiyyət virusun yayılması üçün cavabdehlik daşıyan şəxslərin vəzifədən kənarlaşdırıldığını bildirir.

“Reuters” Çindən kənarda koronovirusdan 11 nəfərin dünyasını dəyişdiyini hesablayıb.

Cənubi Koreyanın Daequ şəhərində kilsə tədbirindən sonra onlarla adamın virusa yoluxduğu bildirilir. 2,5 milyon əhalisi olan şəhərdə küçələr, ticarət mərkəzləri, kinoteatrlar bomboş qalıb. Cümə günü ölkə üzrə 52 yeni yoluxma halının aşkarlandığını, ümumi yoluxmanın 156 nəfərə çatdığı bildirilir. Daequ kilsəsindən 400-dən çox adamda xəstəliyin simptomları var, testlər aparılır.

İqtisadi təsirdən danışmağa “tezdir”

Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, virusun qlobal artıma hansı təsiri göstərəcəyini söyləmək üçün çox tezdir.

Çinin kommersiya nazirliyi şirkətlərini dəstəkləməkdən ötrü əlavə maliyyə tədbirləri axtarıldığını bildirib.

“The Associated Press” yazır ki, Çin ötən həftə laboratoriya nəticələrini gözləmədən yoluxma hallarını açıqlamağa başladı və bu da rəqəmlərdə kəskin artım yaratdı. Ancaq dünəndən yenidən yalnız laboratoriyada təsdiqlənmiş hallar hesablanmağa başlayıb, üstəlik, mənfi çıxmış nəticələr ümumi statistikadan çıxarılıb.

Agentlik yazır ki, bu dəyişiklik COVID-19 virusunun gedişatını anlamaqdan ötrü davamlılığın əsas olduğunu deyən müşahidəçiləri qəzəbləndirəcək.

XS
SM
MD
LG