Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Pompeo Səudiyyə liderləri ilə İrandan danışır


Mike Pompeo Ər-Riyadda aeroportda

ABŞ-ın Dövlət katibi Mike Pompeo fevralın 20-də Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşündə əsasən İranı müzakirə edəcək. İran həm Birləşmiş Ştatlar, həm də Səudiyyə Ərəbistanının rəqibi hesab olunur.

Dövlət Departamenti rəsmilərinin bildirməsinə görə, fevralın 19-da ər-Riyada çatmış Pompeo Kral Salman və onun oğlu, nüfuzlu Vəliəhd Şahzadə Mohammad bin Salman, eləcə də Xarici işlər naziri Faisal bin Farhan ilə görüşməlidir.

“Təhlükəsizlik məsələlərini, özəlliklə də İran İslam Respublikasından gələn təhdidi geniş müzakirə edəcəyik”, – Pompeo Efiopiyanın paytaxtı Əddis Əbəbədən Səudiyyə Ərəbistanına yola düşməzdən öncə reportyorlara deyib.

Ər-Riyad İranla mübahisələrdə Vaşinqtonun güclü müttəfiqidir. Əsasən süni müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanı Yaxın Şərqdə nüfuz uğrunda şiə İranıyla mübarizə aparır.

ABŞ 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. O vaxtdan ikitərəfli münasibətlər daha da gərginləşib.

Bir sıra ABŞ konqresmenləri Pompeonu bəzi ziddiyyətli məsələlərlə bağlı Ər-Riyada təzyiq göstərməyə çağırıb.

Səudiyyə beş ildir Yəməndə apardığı dağıdıcı müharibəyə görə Qərbdə kəskin tənqid olunur. 2018-ci ildə İstanbuldakı Səudiyyə konsulluğunda ABŞ-da yaşayan jurnalist Jamal Khashoggi-nin öldürülməsi, insan haqları fəallarının saxlanması da beynəlxalq qınaq hədəfindədir.

XS
SM
MD
LG