Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:10

ABŞ Çin mediasına qaydaları sərtləşdirir


Sinxua agentliyinin baş səhifəsi
Sinxua agentliyinin baş səhifəsi

ABŞ Dövlət Departamenti Çinin beş böyük dövlət media orqanını “xarici missiya” kateqoriyasına salıb. Onlar dövlətin sponsorluq etdiyi propaqanda və Çin Kommunist Partiyasının agentləri hesab olunur.

Sözügedən beş media orqanının xarici səfirlik hesab olunması o deməkdir ki, işçilərini və ABŞ-dakı əmlaklarını Dövlət Departamentində qeydiyyatdan keçirməlidirlər.

“Bu beş orqanın Çinin partiya-dövlət təbliğatı xəbər aparatının tərkib hissəsi olması, yuxarıdan göstəriş alması mübahisə mövzusu deyil”, – bir rəsmi jurnalistlərə anonimlik şərtilə danışıb.

“Bu uşaqları həmişə dövlət idarə edib”

“Hamımız bilirik ki, bu uşaqları həmişə dövlət idarə edib, amma zaman keçdikcə nəzarət güclənib, daha da aqressivləşib”, – o deyib.

Təsnifat dərhal qüvvəyə minib və Sinxua Xəbər Agentliyi, Çin Qlobal Televiziya Şəbəkəsi, Çin Beynəlxalq Radiosu, Çin Gündəlik Yayım Korporasiyası və Hai Tian İnkişaf USA təşkilatlarının ABŞ-dakı ofislərinə aiddir.

Çinin Xarici İşlər Nazirliyi fevralın 19-da Birləşmiş Ştatları “Soyuq Müharibə mentalitetində əl çəkməyə” çağırıb. Qurum Çinin ABŞ-ın hərəkətlərinə cavab vermək hüququ olduğunu vurğulayıb.

Media şirkətləri bundan sonra Xarici Missiyalar İdarəsinə Birləşmiş Ştatlardakı personalı, ona hər hansı dəyişikliklər, eləcə də ölkədəki mövcud mülkiyyət holdinqləri barədə informasiya verməlidir.

Prezident Donald Trump administrasiyasının Çinə yanaşması getdikcə sərtləşir.

İki ölkə arasında ticarət tariflərindən tutmuş Birləşmiş Ştatlarda Çinin casusluq etməsinə qədər müxtəlif ittihamlar səslənir.

Ötən həftə ABŞ Ədliyyə Departamenti Çin ordusunun dörd üzvünü 2017-ci ildə 145 milyon amerikalı barədə informasiyanı oğurlamaqda ittiham edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG