Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Samsung Rusiyanın tələbinə əməl edəcəyini deyir


Samsung Galaxy Note 10 telefonları
Samsung Galaxy Note 10 telefonları

Samsung şirkəti bildirib ki, qalmaqallı sayılan Rusiya qanunvericiliyinə əməl edəcək. Həmin qanun smartfonlara və digər kompüter cihazlarına hökumətin təsdiqlədiyi proqramın öncədən yerləşdirilməsini nəzərdə tutur.

“Samsung Electronics Rusiya qanunvericiliyinin tələblərinə əməl etməyə, şirkətin fəaliyyətini qəbul edilmiş qaydalara uyğunlaşdırmağa hazırdır”, – “The Moscow Times” fevralın 18-də yazıb.

RIA Novosti şirkətin bəyanatına istinadla yazır ki, Cənubi Koreyanın bu şirkəti artıq Rusiyanın tətbiq (apps) istehsalçıları ilə işləyir, Mail.Ru vasitəsilə məhsul satır

Apple isə etiraz edir

“Qanuna dəyişikliklər şirkətin Rusiyada işləmək planlarına təsir göstərməyəcək”, – Samsung bildirir.

Onun ABŞ-da mənzillənən rəqibi Apple isə bəyan edib ki, üçüncü tərəfin tətbiqləri yazılmış cihazlar satmayacaq. Şirkət onu da bildirib ki, qanun ona Rusiya bazarında iştirakının ölçüsünü yenidən dəyərləndirməyə məcbur edə bilər.

Rusiya parlamenti yeni qaydaları ötən il qəbul edib, amma ölkədə satılan smartfonlar, tabletlər, kompüterlərə hansı tətbiqlərin salınması üzərində işi hələ davam etdirir.

Qaydaların bu yay qüvvəyə minməsi gözlənir.

Qaydalara əməl etməyənləri 50 mindən 200 min rubladək ($784-$3,137) cərimə gözləyir.

RBK biznes xəbərləri portalı yazır ki, Samsung Rusiyada populyarlığına görə ikinci smartfon brendidir, bazar payı 28 faizdir. Apple şirkətinin payı isə 10 faizdən də azdır.

Ötən həftə Moskva məhkəməsi ABŞ-ın Twitter və Facebook şirkətlərinin hərəsini 4 milyon rubl ($63,336) cərimələyib. Onlar istifadəçilərlə bağlı məlumatları Rusiyada yerləşın serverlərdə yerləşdirməyi tələb edən qanunu pozublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG