Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Aprel, Cümə, Bakı vaxtı 00:18

Tripoli hökuməti sülh danışıqlarını dayandırır


Tripoli limanı

Liviyanın beynəlxalq səviyyədə tanınan hökuməti fevralın 18-də bildirib ki, BMT-nin ev sahibliyi etdiyi sülh danışıqlarını dayandırır. Səbəb ölkənin şərqindəki qüvvələrin paytaxtın limanını bombalamasıdır.

“Bu gün atəşkəsin pozulması halları yenilənib”, – BMT-nin dəstəklədiyi Milli Razılıq Hökuməti bəyanatında bildirir. “Silahlılar Liviyanın bir çox şəhərləri üçün həyati əhəmiyyətli Tripoli limanını bombalayıblar”, – hökumət vurğulayır.

Hökumət bəyan edir ki, Cenevrədə keçirilən hərbi danışıqlarda iştirakını dayandırır, təcavüzkara və onun yol verdiyi pozuntulara qarşı sərt tədbir görülməsini gözləyir.

BMT Tripolidəki hökumət və ölkənin şərqindəki Liviya Milli Ordusu (LMO) arasında atəşkəs danışıqlarına ev sahibliyi edir. Liviya Milli Ordusu bir ildir ki, paytaxtı ələ keçirməyə çalışır.

2011-ci ildə bu Şimali Afrika ölkəsinin diktator lideri Muammar Qaddafi devrilərək öldürülüb.

Tərəfləri atəşkəsə çağırırlar. Türkiyə Tripolidəki hökuməti, Rusiya isə LMO və onun lideri General Khalifa Haftarı dəstəkləyir.

BMT və Qərb rəsmiləri Türkiyə və Rusiyanı tənqid edirlər, deyirlər ki, onların müttəfiqlərini silahlandırmaq cəhdləri zorakılığı daha da qızışdırır.

Bu ayın əvvəlində BMT-nin Təhlükəsizlik Şurası Liviyadakı müharibəyə son qoymaqdan ötrü 55 bəndlik yol xəritəsini qəbul edib, son dövrlər zorakılığın qızışmasını pisləyib.

XS
SM
MD
LG