Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:11

Rusiyalıların yalnız 3 faizi Qərbi ‘düşmən’ sayır


Moskvada paradda ABŞ bayrağı dalğalanır, 2017-ci il
Moskvada paradda ABŞ bayrağı dalğalanır, 2017-ci il

Rusiyalıların 80 faizə yaxını əmindir ki, Rusiyayla Qərb tərəfdaşlıq və dostluq əlaqələri qurmalıdır. Cəmi 3 faiz Qərbi düşmən kimi görür. Bunu “Levada” mərkəzinin son sorğusuna əsasən demək olar.

Respondentlərin 16 faizi Qərbə rəqib kimi baxır, tədqiqatda belə deyilir.

Qərbi Amerika və Avropa Birliyinə ayıran sosioloqlar üzə çıxarıblar ki, rusiyalılar Avropa Birliyinə ABŞ-dan daha yaxşı yanaşırlar. 49 faiz AB-yə, 42 faizsə ABŞ-a yaxşı və çox yaxşı münasibətdə olduğunu deyib.

Respondentlərin 37 faizi AB-yə, 46 faizi isə Birləşmiş Ştatlara mənfi münasibətini açıqlayıb.

Rusiyalıların 52 faizi hesab edir ki, NATO-ya daxil olan qərb ölkələrindən qorxmağa əsas var. Rəyi soruşulanların 35 faizinin fikrincə, Qərb özü Rusiyadan çəkinməlidir. 44 faiz NATO-dan, 61 faizsə Rusiyadan qorxmaq gərəkmədiyini söyləyib.

2019-cu ilin sentyabrında sosioloqlar bildirirdilər ki, ilyarım ərzində ABŞ-a rəğbət iki dəfə artıb. Vaşinqtona yaxşı münasibətdə olanların sayı 2018-ci ilin mayından bəri 20 faizdən 47 faizə yüksəlib.

Həmin müddət ərzində AB-yə müsbət yanaşanların sayı da iki dəfəyədək artmışdı – 28 faizdən 52 faizə çatmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG