Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 20:33

Müəllimlər eyni qələm və bloknotdan istifadə etməli olacaq


Deputatlar yalnız yaşıl qələmlə yazır

Türkmənistan hakimiyyəti məktəb müəllimləri üçün tələbləri sərtləşdirib, onlara eyni cür qələm və dəftərçədən istifadə etməyi tapşırıb. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun türkmən xidməti –Azatlık Radiosu yazır.

Radio müxbirinin məlumatına görə, Aşqabatda bir sıra məktəblərin müəllimlərindən tələb olunub ki, türkmən xalçasının ornamenti olan 5 yaşıl qələm və eyni cür yaşıl bloknot alsınlar.

Qələmlərin rəngi sahibinin statusuna görə dəyişir

Bu qələmlər ölkədə ən bahalı sayılır, Rusiya, Türkiyə və Çində xüsusi sifarişlə hazırlandığı bildirilir.

Ənənəvi naxışlı yaşıl qələm və bloknotlar müəllimlərin iclas zamanı qeydlər götürməsi üçün lazımdır. Türkmənistan televiziyasının reportajlarından belə bir qənaətə gəlmək olar ki, bu ənənə Prezident Gurbanguly Berdymukhammedov-un iclasları zamanı yaranıb. O çıxış edərkən nazirlər və digər məmurlar dəftərçələrdə qeydlər aparırlar.

Fevralın 11-də prezidentin deputatlarla görüşü yayımlanıb. Deputatlar məhz yaşıl qələmlərlə yaşıl bloknotlarla qeydlər ediblər. Sahibinin statusundan asılı olaraq qələmlər bir-birindən fərqlənib.

Türkmənistanda təhsil əməkdaşlarının geyimləri, xarici görkəmi, eləcə də tələbələrin formaları dövlət tərəfində sərt şəkildə nizamlanır, Azatlık Radiosu belə yazır. Kişi və qadın müəllimlərin xüsusi forma geyinməsi tələb olunur.

XS
SM
MD
LG