Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:50

Ukrayna bot şəbəkəsini dağıtdığını deyir


İllüstrativ foto

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) fevralın 17-də bildirib ki, bot şəbəkəsini dağıdaraq kompüter və telekommunikasiya avadanlığını müsadirə edib. Ukraynanın beş şəhərində fəaliyyət göstərən şəbəkənin arxasında Rusiyanın onlayn xidmətlərinin durduğu bildirilir.

Məlumata görə, telekommunikasiya platformalarında 8 min saxta sosial media hesabı və qrupu yaradılaraq “Ukraynadakı vəziyyət barədə saxta informasiya yaymaq, etirazları qızışdırmaq, ictimaiyyəti qorxutmaq, vacib infrastruktur obyektlərinə bomba təhdidləri haqda informasiyalar göndərmək üçün istifadə olunub”.

Sosial media hesabları vasitəsilə odlu silah, partlayıcı qurğular, narkotik maddələrin də paylandığı qeyd olunur.

Hesablar internetdə Rusiyanın onlayn xidmətləri vasitəsilə qeydiyyata alınıb.

SBU bildirir ki, şəbəkədə Rusiya xüsusi və kəşfiyyat orqanlarının nə dərəcədə əli olması araşdırılır.

XS
SM
MD
LG