Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

'Sədərək'də yanğın [Video]


«Sədərək» Ticarət Mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

«Sədərək» Ticarət Mərkəzində yanğın

Yanğın 1000 kv.metr ərazini əhatə edib

Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov yanğınla bağlı açıqlama verib.

APA-nın xəbərinə görə, o deyib ki, yanğın bir saata yaxın davam edib: «23 texnika və 125 canlı qüvvə yanğının söndürülməsinə cəlb olunub. Yanğın 900-1000 kv.metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır».

Yanğın söndürülüb

«Sədərək» Ticarət Mərkəzində baş verən yanğının söndürüldüyü deyilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğınla əlaqədar araşdırma başladığı söylənir.

+++

Bu gün, fevralın 18-də səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» Ticarət Mərkəzində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilir.

Məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerindən verilən son məlumatlara görə, yanğın bir xeyli məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi üçün işlərin davam etdiyi bildirilir.

Hələlik, hadisənin nədən baş verdiyi açıqlanmır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG