Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:46

Tualet kağızı oğurladılar


Honq Konqda alıcı, arxiv fotosu

Fevralın 17-də Honq Konqda supermarketə aparılan tualet kağızları bıçaqlı şəxslər tərəfindən oğurlanıb.

Koronavirus qorxusu şəhərdə bəzi məhsulların daha çox alınması və mağazalardan yoxa çıxmasıyla sonuclanıb.

Çin hökuməti Honq Konqda bəzi məhdudlaşdırıcı tədbirlər görüb, Covid-19 virusunun yayılmasını önləməyə çalışır.

Polisin məlumatına görə, bıçaqla silahlanmış dəstə yük aparan maşından 260 dollar dəyərində 600 ədəd tualet kağızı rulonu ələ keçirib.

Polis iki şübhəlinin həbs olunduğunu, məhsulların müsadirə edildiyini bildirir.

Alıcıların panik şəkildə mağazalara üz tutması tələbatı artırıb, üz maskaları qıtlığı yaranıb. Daha çox tualet kağızı, düyü, konservləşdirilmiş ərzaq, quru ərzaq, əlyuma vasitələrinin alındığı qeyd olunur.

Məktəblər martın ortasınadək bağlıdır, bir çox işçilər evdən çalışırlar.

Fevralın 16-da Honq Konq 57-ci virusa yoluxma halını açıqlayıb, bir nəfərsə dünyasını dəyişib.

XS
SM
MD
LG