Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 03:20

AB Belarusa embarqonu bir il uzatdı


AB (solda) və Belarusun bayraqları

Avropa Birliyi Belarusa silah embarqosunu və dörd belarusluya qadağaları daha bir illiyə uzadıb. Məlumatı Avropa Birliyi Şurası fevralın 17-də yayıb.

Qurumun bəyanatında deyilir ki, 16 illik sanksiyaların müddəti 2021-ci il fevralın 28-dək uzadılıb.

Buraya daxili respressiyadan ötrü isifadə oluna biləcək avadanlığa və silaha embarqo, eləcə də bir neçə nəfərin yoxa çıxmasıyla bağlılığı olduğu bildirilən dörd nəfərin aktivlərinin dondurulması və onlara səyahət qadağası daxildir. 1999-2000-ci illərdə Belarusda iki müxalifətçi, bir biznesmen və bir jurnalist yoxa çıxıb.

Fevralın 12-də AB səfirləri sanksiyaları təsdiqləyib.

Belarusa sanksiyalar 2004-cü ildə müxalif siyasətçilər Yury Zakharanka Viktar Hanchar, biznesmen Anatol Krasouski, jurnalist Dzmitry Zavadzski-nin yoxa çıxmasıyla əlaqədar tətbiq olunub.

XS
SM
MD
LG