Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 14:32

AB Balkan ölkələri ilə yaxınlaşmadan danışır


Ursula von der Leyen

Fevralın 16-da AB liderləri Balkan ölkələri ilə sıx münasibətlər saxlamaq arzusunu dilə gətirib. Bundan öncə Albaniya və Şimali Makedoniyanın üzvlüklə bağlı ümidləri puç olmuşdu.

“Məncə, Qərbi Balkanları Avropa Birliyinə mümkün qədər yaxın saxlamaq bizim ümumi geostrateji marağımıza daxildir”, – AB Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə deyib. Fevralın 16-17-də Brüsseldə AB-Qərbi Balkan görüşü keçirilir.

Avropa Şurasının Prezidenti Charles Michel deyib ki, mayda Zaqrebdə keçiriləcək sammitdən öncə altı Qərbi Balkan ölkəsinin liderləri ilə “səmimi, gərgin və açıq müzakirə”ni səbirsizliklə gözləyir.

AB Albaniyanı və keçmiş Yuqoslaviya ərazisindəki ölkələri Qərbi Balkanlar hesab edir.

Oktyabrda Albaniya və Şimali Makedoniyaya bildirilib ki, böyük islahatlar aparmalarına baxmayaraq, onların AB-yə üzvlük danışıqları təxirə salınır. Fransa prezidenti isə bu ölkələrin üzvlük ümidlərinə su çilədi. Bundan sonra AB yaranmış məyusluğu aradan qaldırmaqdan ötrü üzvlük danışıqlarını aparma qaydalarını təzədən ölç-biç etməyə başlayıb.

Von der Leyen Brüsseldə deyib ki, yeni metodologiya struktur islahatlara, yaxud hökumətin necə işləməsinə önəm verir və Balkan ölkələrinin müəyyən vaxtdan sonra AB-yə qoşulmasından ötrü etibarlı perspektiv yaradır.

XS
SM
MD
LG