Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Fevral, şənbə, Bakı vaxtı 00:32

Rusiya Çinə çarter reyslərini dayandırır


Westerdam gəmisi dənizdə

Fevralın 14-də koronovirusun (2019-nCoV) yayılması ilə əlaqədar Rusiya Çinə çarter reyslərini dayandırıb.

İndiyədək Rusiya hakimiyyəti Çindən rusiyalıların çıxarılmasından ötrü çarter reyslərinə icazə vermişdi.

Adi reyslər isə fevralın 1-dən dayandırılıb, “Aeroflot”, “Air China”, “Hainan Airlines” və “China Southern Airlines” şirkətlərinə məxsus bəzi reyslər saxlanıb. Onlar Moskvanın Şeremetyevo aeroportunda təcrid olunmuş terminal üzərindən uçuşları həyata keçirirlər.

Dekabrda Çində koronovirus baş qaldırandan Rusiya yüzlərlə vətəndaşını ölkəyə qaytarıb.

***

Kambocada sərnişinlər kruiz gəmisini tərk edib

Asiyada bir sıra limanlardan geri qaytarılan kruiz gəmisi Kambocada sahilə yan alıb, sərnişinlər gəmini tərk edib. Onları gül-çiçəklə ölkənin avtoritar lideri qarşılayıb.

Baş nazir Hun Sen fevralın 14-də ilk 100 turisti qarşılayıb. Gəmi iki həftəydi dənizdə idi. Səyahət fevralın 1-də Honq Konqdan başlamışdı, 14-də Yaponiyada bitməliydi. Gəmidə 2 min 257 sərnişin və heyət üzvü var.

Koronavirus qorxusundan bir sıra ölkələr gəmiyə giriş vermirdi.

Virusdan Çində 1400-dək adam dünyasını dəyişib, 58 mindən çox yoluxma halı qeydə alınıb.

Hun Sen deyib ki, Kamboca bu addımı “insan haqlarına… gəmidəki 2 mindən çox adamın haqqına daha çox hörmət etdiyi üçün atıb”.

“Diamond Princess” adlı daha bir kruiz gəmisi isə hazırda Yaponiya limanında lövbər salıb, karantin altındadır. Gəminin 3 min 700 sərnişini arasında 218 virusa yoluxma halının aşkarlandığı bildirilir.

Fevralın 14-də Çində virusun episentri sayılan Hubey vilayətində açıqlanan informasiyaya görə, ötən gün virusdan 121 nəfər dünyasını dəyişib, 5 minədək yoluxma aşkarlanıb.

Artıq Çində ölü sayı 1380 nəfərə, yoluxma 55 min 748 nəfərə çatıb.

Sidney Universitetindən infeksion xəstəliklər eksperti Adam Kamradt-Scott “Reuters”ə deyib ki, son rəqəmlər virusun heç də pik həddə çatmadığını göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG