Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Yeni metodla hesabladılar, virusdan ölüm halları çoxaldı


Hubey vilayəti
Hubey vilayəti

Fevralın 13-də Çində koronavirusdan ölüm və yoluxma halları kəskin artıb. Buna hakimiyyətin yeni hesablama metodundan istifadə etməsi səbəb olub. Bununla da xəstəliyin yayılma miqyası haqda düzgün informasiya verilməməsi sarıdan narahatlıq artıb.

56 milyon nəfərin yaşadığı, əsas şəhərlərində görünməmiş karantin tədbirlərinin tətbiq olunduğu Hubey vilayətində hakimiyyət bir gündə 243 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.

Rəsmi adı COVID-19 olan virusa 14 min 840 yeni yoluxma halı baş vrib.

“Klinik diaqnoz” qoyulanlar da salınır

Beləliklə, artıq Çində bu virusdan 1355 nəfər dünyasını dəyişib, 60 minədək adam yoluxub.

Hubey rəsmilərinin bildirməsinə görə, dramatik artım ağciyərlərin yoxlanmasından sonra “klinik diaqnoz” qoyulmuş şəxslərin də yoluxanlar kateqoriyasına salınması ilə bağlıdır.

Daha öncə hakimiyyət yoluxma hallarını aşkarlamaq üçün daha təkmil laboratoriya müayinəsi keçirirdi.

Çinin Kommunist Partiyasının rəsmiləri ölkədə kəskin tənqid olunurlar, qəzəbli vətəndaşlar hakimiyyətin böhrana ləng reaksiya verdiyini, məlumatları tam açıqlamadığını deyirlər.

Bu arada ABŞ rəsmiləri də Çin hökumətini daha açıq olmağa çağırıb. Vaxtilə Pekin 2002-03-cü illərdə SARS böhranını idarə etməsinə görə də tənqid olunurdu. Həmin virusdan 800-dək adam öldü, dünya ticarətinə ziyan dəydi.

Çindən kənarda isə 30-dək məkanda azı 565 yoluxma halı qeydə alınıb. Filippin və Honq Konqda hərəsində bir nəfər ölüb.

Yaponiya sahillərində lövbər salmış “Diamond Princes” kruiz gəmisində azı 218 nəfərdə virus aşkarlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG