Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 20:02

Rusiyada iki koronovirus xəstəsi evə buraxılıb


Rusiya-Çin sərhədində çinli vətəndaşlar, arxiv fotosu

Rusiyada yeni koronavirusa yoluxmuş ikinci xəstə də tam sağalaraq xəstəxanadan buraxılıb. Bunu rəsmilər deyir.

Sibirin Zabaykalye regionunda xəstəxanaya yatırılmış çinli turist fevralın 12-də buraxılıb, yoxlamalar onun “tamamilə sağaldığını, ətrafındakı adamlara təhlükə yaratmadığını” göstərib, yerli səhiyyə rəsmiləri bildirib.

Bir gün öncə isə Qazaxıstanla sərhəddə yerləşən Tümen regionunda xəstəxanadan çinli qadın tələbə buraxılıb. Ona da COVID-19 virusu diaqnozu qoyulmuşdu.

Həkimlər hər iki xəstənin xəstəliyin yüngül formasından əziyyət çəkdiyini deyirdi. Onlarla kontaktda olmuş adamlar hələ də karantindədir.

COVID-19 Çində 1100 adamın həyatına son qoyub, ümumilikdə virusa 44 mindən çox yoluxanın olduğu bildirilir.

Epidemiya dünyanın 20-dən çox ölkəsinə yayılıb. Rusiya isə cəmi 2 yoluxmanın qeydə alındığını açıqlayıb.

Rusiya Çindən onlarla vətəndaşını çıxarıb, Tümendə karantində saxlayır. Hökumət Çinlə hava nəqliyyatını əsasən dayandırıb, iki ölkənin quru sərhədi bağlanıb.

XS
SM
MD
LG