Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 09:25

Prezidentin kürəkəninə vəzifə verildi


Otabek Umarov

Özbəkistan Prezidenti Shavkat Mirziyoev-in kiçik kürəkəni yeni yaradılmış Qarışıq Döyüş Növləri (ingiliscə qısa adı MMA) Orta Asiya Konfederasiyasının rəhbəri seçilib. Qurum Daşkənddə mənzillənəcək.

Prezidentin kiçik qızıyla ailə qurmuş Otabek Umarov fevralın 6-8-də Qazaxıstanda Beynəlxalq Qarışıq Döyüş Növləri Federasiyasının konfransında bu vəzifəyə seçilib.

Konfederasiyaya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan MMA assosiasiyaları daxildir.

Umarov həm də Mirziyoev-in şəxsi təhlükəsizliyi rəhbərinin müavinidir, xarici qonaqların qatıldığı tədbirlərdə qeyri-rəsmi səfir kimi çıxış edir.

O, martda Özbəkistan Triatlon Federasiyanın sədri seçilib.

XS
SM
MD
LG