Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:39

Çində koronavirusdan ölənlərin sayı 900-ü keçib


"Diamond Princess" gəmisinin sərnişinləri, 7 fevral, 2020-ci il
"Diamond Princess" gəmisinin sərnişinləri, 7 fevral, 2020-ci il

Çində yeni koronavirusdan ölənlərin sayı 908-ə çatıb. Bu haqda fevralın 10-da rəsmi məlumat açıqlanıb.

Fevralın 9-da ölkə üzrə 97 nəfərin virusdan öldüyü bildirilib. Onlardan 91-i Hubey vilayətində yaşayanlardı. Virus bu vilayətdə baş qaldırıb.

Hazırda Çində virusa 40 min 171 nəfərin yoluxduğu bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə epidemiyanın sabitləşməyə başladığını açıqlayıb.

Çindən kənarda 20-dən çox ölkədə 350-dən artıq respirator virusa yoluxma halı qeydə alınıb. Bir nəfər Filippində dünyasını dəyişib.

ÜST-nin başçılıq etdiyi “beynəlxalq ekspert missiyası” fevralın 10-da Çinə – epidemiyaya reaksiyanı koordinasiya etməyə gedib.

“Aysberqin ucu”

ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus deyib ki, az sayda yoluxma hallarının aşkarlanması digər ölkələrdə daha irimiqyaslı yoluxmanı göstərə bilər, “qısası, ola bilsin, biz yalnız aysberqin ucunu görürük”.

Qurumun missiyasına Bruce Aylward rəhbərlik edir. O, 2014-2016-cı illərdə təşkilatın Qərbi Afrikada Ebola epidemiyasına reaksiyasına da nəzarət edib.

Çinin epidemiyanı necə idarə etməsi tənqid olunub. Özəlliklə virus haqda ilk informasiyanı sızdırmış həkim də virusdan dünyasını dəyişəndən sonra bu məsələdən geniş danışılmağa başlanıb.

34 yaşlı həkim fevralın 7-də vəfat edib. Ona virus xəstəsindən keçmişdi.

Hökumət karantin tədbirləri həyata keçirib, virusun yayılmasını önləmək üçün bütöv şəhərləri təcrid edib.

Fevralın 9-da bir Ukrayna vətəndaşında koronavirus aşkarlanandan sonra kruiz gəmisindən çıxarılıb. “Diamond Princess” gəmisi Ukraynanın qərb sahilində lövbər salıb.

Ukraynanın Səhiyyə Nazirliyi yoluxmuş ukraynalının yerli xəstəxanaya yerləşdirildiyini bildirir. O, azı 14 gün təcrid olunmuş vəziyyətdə saxlanacaq.

Gəmidə 70 nəfərdə virus tapılıb. İnfeksiyanın yayılmaması üçün sərnişinlərə kabinlərdən çıxmamaq tapşırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG