Keçid linkləri

2026, 04 İyun, cümə axşamı, Bakı vaxtı 14:36

Azərbaycan xəbərləri

update

Parlament seçkilərində ilkin nəticələr açıqlanıb (Siyahı)

Seçki məntəqəsi
Seçki məntəqəsi

Qalan 7 dairədə də ilkin lider namizədlər açıqlanıb

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində ilkin qaliblərin müəyyən edilmədiyi 7 dairəyə aid də nəticələr açıqlanıb.

Onlardan biri 17 saylı Yasamal Üçüncü Seçki Dairəsində namizəd Elnur Allahverdiyevdir.

Qalanları 35 saylı Xətai Üçüncü-də Rauf Arifoğlu, 42 saylı Sumqayıt İkinci-də Tahir Mirkişili, 44 saylı Sumqayıt-Xızı-da Müşviq Məmmədli, 77 saylı Astara-da Rəşad Mahmudov, 123 saylı Kəlbəcər-də Aqil Məmmədov və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində İmamverdi İsmayilovdur.

Bununla da 125 dairənin hamısında ilkin lider namizədlər açıqlanıb.

+++

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkiləri ilə bağlı bu gün, fevralın 10-da keçirilən mətbuat konfransında ilkin nəticələri açıqlayıb.

MSK sədri bildirib ki, 5573 seçki məntəqəsinin (125 dairə) 87 faizindən, yəni 118 seçki dairəsinin 4823 seçki məntəqəsindən onlara protokollar daxil olub.

İlkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlərdən 64-ü hakim Yeni Azərbaycan Partiyasındandır (YAP).

7 dairə üzrə isə, hələlik, lider müəyyənləşməyib. Bunlar 17 saylı Yasamal Üçüncü, 35 saylı Xətai Üçüncü, 42 saylı Sumqayıt İkinci, 44 saylı Sumqayıt-Xızı, 77 saylı Astara, 123 saylı Kəlbəcər, 125 saylı Zəngilan-Qubadlı seçki dairələridir.

İlkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlərin adları elan edilib. Onlar bunlardır:

İlkin qaliblər

1 saylı Şərur-Sədərək Seçki Dairəsi - Vasif Talıbov (YAP) - 94.6%

2 saylı Şərur Seçki Dairəsi - İsa Həbibbəyli (YAP) – 86.3%

3 saylı Babək-Kəngərli- Naxçıvan Seçki Dairəsi - Səttar Möhbalıyev (bitərəf) - 83.2%

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsi - Eldar İbrahimov (YAP) – 84.9%

5 saylı Şahbuz-Babək Seçki Dairəsi - Siyavuş Novruzov (YAP) - 81%

6 saylı Culfa-Babək Seçki Dairəsi - Ülviyyə Həmzəyeva (YAP) - 69.5%

7 saylı Ordubad-Culfa Seçki Dairəsi - Quliyev Cəbi (YAP) – 63.5%

8 saylı Binəqədi Birinci Seçki Dairəsi - Azay Quliyev (bitərəf) - 45.6%

9 saylı Binəqədi İkinci Seçki Dairəsi - Kəmaləddin Qafarov (YAP) - 60.3%

10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi - Madər Musayev (bitərəf) – 64.6%

11 saylı Qaradağ Seçki Dairəsi - Aydın Hüseynov (YAP) – 59.2%

12 saylı Qaradağ-Binəqədi- Yasamal Seçki Dairəsi - Səbinə Xasıyeva (YAP)- 48.5%

13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi - Rauf Əliyev (YAP) - 47.5%

14 saylı Xəzər Seçki Dairəsi – Soltan Məmmədov ( bitərəf) – 47.2%

15 saylı Yasamal Birinci Seçki Dairəsi – Ülvi Quliyev (bitərəf) - 42%

16 saylı Yasamal İkinci Seçki Dairəsi - Erkin Qədirli (bitərəf) – 34.4%

18 saylı Nərimanov-Nizami Seçki Dairəsi – Rasim Musabəyov (bitərəf) - 38.8%

19 saylı Nərimanov Birinci Seçki Dairəsi – Hikmət Məmmədov ( YAP) - 43.9%

20 saylı Nərimanov İkinci Seçki Dairəsi – Adil Əliyev (bitərəf) - 60%

21 saylı Nəsimi Birinci Seçki Dairəsi – Məlahət İbrahimqızı (YAP)- 55.6%

22 saylı Nəsimi İkinci Seçki Dairəsi – Asim Mollazadə (DİP) – 47.3%

23 saylı Nəsimi-Səbail Seçki Dairəsi – Ziyad Səmədzadə (bitərəf) – 45.8%

24 saylı Nizami Birinci Seçki Dairəsi – Könül Nurullayeva (bitərəf) - 46.1%

25 saylı Nizami İkinci Seçki Dairəsi – Sədaqət Vəliyeva (YAP) – 57.1%

26 saylı Sabunçu Birinci Seçki Dairəsi – Fazil Mustafa (Böyük Quruluş Partiyası) – 47.6%

27 saylı Sabunçu İkinci Seçki Dairəsi – Əliabbas Salahzadə (YAP) – 57.6%

28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi – Eldar Quliyev (bitərəf) – 49.2%

29 saylı Səbail Seçki Dairəsi – Nigar Arpadarai (bitərəf) – 42.3%

30 saylı Suraxanı Birinci Seçki Dairəsi -Sevinc Fətəliyeva (YAP) – 62.2%

31 saylı Suraxanı İkinci Seçki Dairəsi – Etibar Əliyev (bitərəf) – 41.4%

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi – Afət Həsənova (YAP) – 64.9%

33 saylı Xətai Birinci Seçki Dairəsi - Mirələmov Hüseynbala (YAP) - 47.1%

34 saylı Xətai İkinci Seçki Dairəsi- Mixail Zabelin (YAP) – 35.1%

36 saylı Xətai Dördüncü Seçki Dairəsi - Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ) – 45.4%

37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi - Pərvin Kərimzadə (YAP) – 42.1%

38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi – Naqif Həmzəyev (YAP) – 44.9%

39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsi – Müşfiq Cəfərov (YAP) – 45.8%

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi - Musa Quliyev (YAP) - 40%

41 saylı Sumqayıt Birinci Seçki Dairəsi - Hicran Hüseynova (YAP) – 31.5%

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi - Emin Hacıyev (YAP)- 63.4%

45 saylı Abşeron Seçki Dairəsi – Oqtay Əsədov (YAP) – 64.7%

46 saylı Şirvan Seçki Dairəsi – İltizam Yusifov (bitərəf) – 49.5%

47 saylı Mingəçevir Seçki Dairəsi – Aydın Mirzəzadə (YAP) – 26.8%

48 saylı Yevlax Seçki Dairəsi – İlham Məmmədov (YAP) – 51.3%

49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi - Əli Hüseynli (YAP) – 59.6%

50 saylı Abşeron-Qobustan Seçki Dairəsi -Şahin Seyidzadə (bitərəf) - 44.6%

51 saylı Qusar Seçki Dairəsi – Azər Badamov (YAP) - 56.6%

52 saylı Quba Seçki Dairəsi - Vahid Əhmədov (bitərəf) – 50.6%

53 saylı Quba-Qusar Seçki Dairəsi - Anatoli Rafailov (bitərəf) – 44.1%

54 saylı Şabran-Siyəzən Seçki Dairəsi - Sadiq Qurbanov (YAP) - 55.3%

55 saylı Xaçmaz Şəhər Seçki Dairəsi- Eldəniz Səlimov (YAP) – 57.9%

56 saylı Xaçmaz Kənd Seçki Dairəsi - Sevil Mikayılova (bitərəf) – 43.8%

57 saylı Kürdəmir Seçki Dairəsi - Əminə Ağazadə (bitərəf) – 64.9%

58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi - Rəfael Hüseynov (Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ) – 51%

59 saylı Salyan Seçki Dairəsi - Jalə Əhmədova (bitərəf) – 59.7%

60 saylı Salyan-Neftçala Seçki Dairəsi - Fəzail Ağamalı (Ana Vətən Partiyası) – 49.2%

61 saylı Neftçala Seçki Dairəsi - Sabir Rüstəmxanlı (VHP) – 21.4%

62 saylı Saatlı Seçki Dairəsi - Əziz Ələkbərov (YAP) – 49%

63 saylı Sabirabad Birinci Seçki Dairəsi - Kamal Cəfərov (YAP) – 52.8%

64 saylı Sabirabad İkinci Seçki Dairəsi - Ramin Məmmədov (YAP) – 54.6%

65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsi - Əhliman Əmiraslanov (YAP) – 63.2%

66 saylı Biləsuvar Seçki Dairəsi - Bəhruz Məhərrəmov (bitərəf) – 52.9%

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi- Malik Həsənov (YAP) – 65.2%

68 saylı Cəlilabad Kənd Seçki Dairəsi - Elman Nəsirov (YAP) – 53.7%

69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi - Fəzail İbrahimli (VHP) – 51%

70 saylı Masallı Şəhər Seçki Dairəsi - Məşhur Məmmədov (YAP) – 64.8%

71 saylı Masallı Kənd Seçki Dairəsi - Anar İsgəndərov (YAP) – 62.7%

72 saylı Yardımlı-Masallı Seçki Dairəsi - Musa Qasımlı (bitərəf) – 53.9%

73 saylı Lənkəran Şəhər Seçki Dairəsi - Rüfət Quliyev (bitərəf) – 52.9%

74 saylı Lənkəran Kənd Seçki Dairəsi – Hadı Rəcəbli (YAP) – 53.4%

75 saylı Lənkəran-Masallı Seçki Dairəsi – Cavanşir Paşazadə (YAP) – 61.1%

76 saylı Lənkəran-Astara Seçki Dairəsi – Ziyafət Əsgərov (YAP) – 66.1%

78 saylı Lerik Seçki Dairəsi - İqbal Məmmədov (YAP) – 50.2%

79 saylı İmişli Seçki Dairəsi – Murad Fərzəliyev (bitərəf) –23.7%

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi -Çingiz Qənizadə (bitərəf)- 44.5%

81 saylı Beyləqan Seçki Dairəsi – Şahin İsmayılov (YAP) -62.7%

82 saylı Ağcabədi Seçki Dairəsi – Tahir Rzayev (YAP) – 61.5%

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi - Aqil Abbas (bitərəf) – 61.7%

84 saylı Füzuli Seçki Dairəsi - Vüqar Bayramov (bitərəf) – 71.2%

85 saylı Şamaxı Seçki Dairəsi - Tamam Cəfərova (bitərəf) – 48.9%

86 saylı İsmayıllı Seçki Dairəsi - Novruzəli Aslanov (bitərəf) – 53.7%

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsi - Tahir Kərimli (Vəhdət Partiyası) – 52.4%

88 saylı Göyçay Seçki Dairəsi - Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyası) – 52.5%

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi – Məzahir Əfəndiyev (bitərəf)- 63.9%

90 saylı Ağdaş Seçki Dairəsi – Cavid Osmanov ( YAP) – 68.4%

91 saylı Ucar seçki Dairəsi - Ramil Həsən (YAP) – 51.7%

92 saylı Zərdab-Ucar Seçki Dairəsi - Jalə Əliyeva (bitərəf) – 51.9%

93 saylı Bərdə Şəhər Seçki Dairəsi - Fatma Yıldırım (YAP) – 65.7%

94 saylı Bərdə Kənd Seçki Dairəsi - Zahid Oruc (bitərəf) – 69.6%

95 saylı Tərtər Seçki Dairəsi - Sahib Alıyev (bitərəf) – 40.3%

96 saylı Goranboy-Naftalan Seçki Dairəsi – Anar Məmmədov (YAP) – 59%

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi – Ağalar Vəliyev (YAP) – 68.1%

98 saylı Şəmkir Şəhər Seçki Dairəsi – Sahibə Qafarova (YAP) – 52.1%

99 saylı Şəmkir Kənd Seçki Dairəsi – Nurlan Həsənov (YAP) – 61.3%

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi – Kamran Bayramov (YAP) – 66.6%

101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi - Elşad Mirbəşiroğlu (YAP) – 54.9%

102 saylı Samux-Şəmkir Seçki Dairəsi – Nizami Səfərov (YAP) - 64%

103 saylı Gədəbəy Seçki Dairəsi – Sevinc Hüseynova (YAP) – 61.4%

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi - Arzu Nağıyev (bitərəf) – 56.2%

105 saylı Tovuz Seçki Dairəsi - Qənirə Paşayeva (bitərəf) – 69.9%

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi - Ülviyyə Ağayeva (bitərəf) – 59%

107 saylı Qazax Seçki Dairəsi – Səməd Seyidov (YAP) – 76.1%

108 saylı Ağstafa Seçki Dairəsi – Nizami Cəfərov (YAP) – 53.4%

109 saylı Balakən Seçki Dairəsi – Nəsib Məhəməliyev (YAP) – 65.3%

110 saylı Zaqatala Seçki Dairəsi - Elşən Musayev (Azərbaycan Demokratik Maarifçilik Partiyası) – 48.8%

111 saylı Zaqatala-Balakən Seçki Dairəsi - Kamilə Əliyeva (YAP) – 53.9%

112 saylı Qax Seçki Dairəsi - Azər Kərimli (bitərəf) – 52.7%

113 saylı Şəki Şəhər Seçki Dairəsi – Vüqar İsgəndərov (bitərəf) – 52. 9%

114 saylı Şəki Kənd Birinci Seçki Dairəsi - Əli Məsimli (bitərəf) – 67.6%

115 saylı Şəki Kənd İkinci Seçki Dairəsi - Cavanşir Feyziyev (bitərəf) – 67.6%

116 saylı Qəbələ Seçki Dairəsi - Fəttah Heydərov (bitərəf) – 75.5%

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi – Aqiyə Naxçıvanlı (YAP) – 65.5%

118 saylı Ağdam Şəhər Seçki Dairəsi - Bəxtiyar Əliyev (bitərəf)- 62.7%

119 saylı Ağdam Kənd Seçki Dairəsi - Bəxtiyar Sadıqov (YAP) – 61.2%

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi – Ceyhun Məmmədov (YAP) – 62.7%

121 saylı Laçın Seçki Dairəsi – Mahir Abbaszadə (YAP) - 63.3%

122 saylı Xankəndi Seçki Dairəsi - Tural Gəncəliyev (bitərəf) – 56.7%

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsi – Elman Məmmədov (YAP) – 58.3%

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Müxalifətdən Milli Şura və bəzi başqa qüvvələr bu seçkiləri boykot edib. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

Bütün xəbərləri izləyin

Mülki PUA-lara nəzarət gücləndirilir: Yoxlamalar aparılacaq

Mehman Hüseynov dron çəkilişləri haqda: 'Hakimiyyət araşdırmalarımdan narahat olub'
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Azərbaycanda mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət gücləndiriləcək və bu sahədə ciddi yoxlamalar aparılacaq. Yerli mətbuatın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında müzakirəyə çıxarılan "Aviasiya haqqında" qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Yeni layihəyə əsasən, avtonom pilotsuz uçuş aparatları yalnız dövlətin müəyyən etdiyi xüsusi qaydalar çərçivəsində və ayrılmış xüsusi coğrafi zonalarda uça bilər.

Bundan əlavə, layihəyə görə, mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyəsi yalnız xüsusi icazə əsasında mümkün olacaq.

Dəyişiklik layihələri cəmiyyətdə azadlıqlar baxımından müəyyən tənqidlərə səbəb olub. Əslində, Azərbaycanda PUA-ların idxalı və onlardan istifadə olunması ilə bağlı narazılıqlar əvvəllər də mövcud idi. Bir neçə il əvvəl bloqer Mehman Hüseynov silsilə korrupsiya araşdırmalarını məhz bu səbəbdən dayandırmağa məcbur olduğunu bəyan etmişdi. O, çəkiliş apardığı dronun polis tərəfindən müsadirə edildiyini bildirmişdi. Hüseynovun sözlərinə görə, hüquq-mühafizə orqanları cihazın ölkəyə qanuni yolla gətirildiyi təqdirdə geri qaytarılacağını vəd etmişdi. Daxili İşlər Nazirliyi isə mediaya açıqlamasında məsələnin araşdırıldığını bildirsə də, yekun nəticə rəsmən açıqlanmayıb.

Hələ həmin dövrdə hüquqşünaslar ölkəyə dronların gətirilməsi və istifadəsi üçün elektron formada beş fərqli dövlət qurumundan icazə alınmasının zəruri olduğunu bildirirdilər: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi.

Azərbaycanın futbol klubu avrokuboklardan kənarlaşdırılıb

UEFA
UEFA

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasını üçüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz" klubu həmin turnirdən kənarlaşdırılıb. Qərar iyunun 2-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən qəbul edilib.

UEFA bu addımı atarkən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 13 dekabr 2019-cu il tarixli qərarına əsaslanıb. Həmin vaxt AFFA İntizam Komitəsi 2019-2020 mövsümündə I Divizionda çıxış edən "Turan Tovuz"un 7 futbolçusunu "danışılmış oyunlar"a görə futboldan ömürlük uzaqlaşdırmışdı. Cəzalandırılan şəxslərin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

"Turan Tovuz" klubunun rəsmi açıqlamasında UEFA-nın bu qərarına qarşı hüquqi mübarizəyə başlanacağı vurğulanıb: "Qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən (iyunun 3-dən) etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq".

Klub həmçinin bildirib ki, Konfrans Liqasına hazırlıq planlarında heç bir dəyişiklik yoxdur: "Bu ay komanda üzvləri bir araya gələcək və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq".

"Turan Tovuz" 2022-ci ildə yenidən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2025/2026 mövsümündə liqanı üçüncü pillədə başa vurub.

Çempionatın qalibi isə Masazırın "Sabah" klubu olub. "Sabah" mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayacaq.

Tramp Azərbaycana səfir namizədini açıqladı

Aleksandr Alden
Aleksandr Alden

ABŞ prezidenti Donald Tramp bir neçə ölkəyə səfir namizədləri irəli sürüb. Azərbaycana səfir vəzifəsinə Virciniya ştatından Aleksandr Alden namizəd göstərilib. Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.

A.Alden ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda yüksək vəzifələrdə çalışıb. Dövlət katibinin Avropa məsələləri üzrə müavini kimi ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərin möhkəmləndirilməsi üzərində işləyib.

A.Alden Atlantik Şurasının Brent Skoukroft adına Strateji və Təhlükəsizlik Mərkəzinin "Geostrategiya Təşəbbüsü" proqramında qeyri-rezident baş elmi işçidir.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi 2024-cü ilin dekabrında səhhəti ilə əlaqədar istefa verib.

Bakıda diplomatik missiyaya rəhbərliyi ötən ilin iyulundan ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon həyata keçirir.

Milli Məclis növbədənkənar sessiyaya toplanır

Milli Məclis
Milli Məclis

Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb. Bu barədə parlamentin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Milli Məclisin sədri 82 deputatın tələbi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən parlamentin növbədənkənar sessiyasının çağırılması barədə sərəncam verib.

26 may

Yenə Milli Məclisin növbədənkənar sessiyası gözlənilir

Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı gözlənilir. Yerli medianın yaydığı məlumata görə, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb və sessiyanın iyun ayında keçirilməsi nəzərdə tutulur.Amma növbədənkənar sessiya təklifinin, hələlik, bu dəfə hansı səbəbdən verildiyi açıqlanmır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.

Bundan əvvəlki illərdə də...

Bundan əvvəlki bir çox illərdə də Milli Məclisin növbədənkənar sessiyaları olub. Məsələn, ötən il Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası iyunun 3-də keçirilmişdi. İclasın gündəliyinə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun, habelə bir sıra məcəllə və qanunlara dəyişiklik layihələri daxil edilmişdi.

2024-cü ilin növbədənkənar sessiyasında isə daha çox diqqətçəkən məsələlər yer almışdı. Parlament dövlət büdcəsinə və bir çox qanunlara dəyişikliklərlə yanaşı, növbədənkənar seçkilərin təyin edilməsi üçün prezidentə müraciət də ünvanlamışdı. Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu təşəbbüsü zəruri edən əsas amil kimi həmin ilin noyabrında ölkədə keçirilən BMT-nin iqlim konfransı (COP29) və digər irimiqyaslı tədbirləri göstərmişdi.

Həmin seçkilərdə də YAP-ın böyük üstünlük əldə etdiyi açıqlandı. Buna baxmayaraq, bəzi müxalifət partiyaları seçki prosesinin total saxtakarlıqlarla müşayiət olunduğunu bildirərək onun nəticələrini tanımadı. ATƏT-in seçki missiyası da seçki zamanı qanun pozuntularına yol verildiyini qeyd etdi. Bunun əksinə, rəsmi tərəf seçkilərin xalqın azad iradəsini əks etdirdiyini vurğuladı.

82 yaşlı anası Ələsgər Məmmədli ilə görüş ala bilməyib

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

ToplumTV-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir. Bu barədə media ekspertinin xanımı Günay Məmmədli mayın 31-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun vurğulamasına görə, görüş üçün Ə.Məmmədlinin 82 yaşlı anası və xəstə bacısı 400 kilometrdən çox məsafə qət edərək Bakıya gəliblər: "Çox təəssüf ki, üç-dörd saat gözləntidən sonra görüş ala bilməyib qayıdıblar...".

"Səhhət problemləri ilə mübarizə apara-apara, bu qədər haqsızlığa dözərək ədalətin bərpa olunacağı günü gözləyən, həmçinin ailəsinin və doğmalarının qanuni qaydada həftədə iki dəfə zəng və bir dəfə canlı görüşündən az da olsa mənəvi dəstək alan bir adamı bundan da məhrum etmək nə məqsəd daşıyır?", – o, sual edib.

Bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycanda həbsdəki müxalif jurnalist və fəalların ailələri son dövrlər görüş məhdudiyyətlərindən tez-tez şikayət edirlər. Onların sözlərinə görə, görüşlər şüşə arxasından keçirilir, proses saatlarla yubanır və telefon əlaqəsi qəfil kəsilir. Penitensiar Xidmətin rəsmiləri isə bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulayıblar ki, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərlə qanun çərçivəsində davranırlar.

Xatırlatma

2024-cü ilin martından başlayan "ToplumTV işi" çərçivəsində Ə.Məmmədli də daxil olmaqla 10-a yaxın şəxs həbs olunub. Onlar qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma və əmək müqaviləsiz işçi çalışdırmaqda ittiham edilirlər. Bu maddələr üzrə 12 ilədək həbs təhlükəsi ilə üzləşən təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.

Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il keçir.

Rusiyada çarın devrilməsindən sonra, 108 il əvvəl Tbilisidə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 ay fəaliyyət göstərə bilib. 1920-ci il aprelin 27-də Rusiyanın silahlı təcavüzü ilə süqut edib. AXC paytaxtı Tbilisidən Gəncəyə, daha sonra 2018-ci il sentyabrın 15-də isə Bakının işğaldan azad edilməsi ilə ora köçürülmüşdü. Azərbaycanın indiki faktiki ərazilərini Rusiya 19-cu əsrin əvvəllərində işğal etmişdi.

Cümhuriyyətin bir çox qurucuları Azərbaycanın təkrar işğalından sonra mühacirət etmək məcburiyyətində qalıblar.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika, 2021-ci ildən isə Müstəqillik günü kimi qeyd edilir. Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən iclasında "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi qəbul edilib. 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Bakıda sorğu: Azərbaycan Xalq Cümhuriyyətini quranlara layiqli qiymət verilirmi?
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00


Balakəndə 'qarpız' yükünün altından 110 kq marixuana çıxdı

"Qarpız" yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
"Qarpız" yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) İrandan Gürcüstana "qarpız" daşıyan yük maşınında külli miqdarda narkotik vasitə aşkarlayıb.

Rəsmi məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımqara" postunda saxlanılan yük avtomobili stasionar rentgen qurğusundan keçirilərkən şübhəli görüntülər qeydə alınıb. Bu səbəbdən maşın əsaslı yoxlamaya cəlb olunub.

Kinoloji xidmət itlərinin də cəlb olunduğu axtarış zamanı "qarpız" qutularının altında xüsusi üsulla gizlədilmiş 110 kiloqram 300 qram marixuana tapılıb.

Faktla bağlı araşdırma başlanılıb. Rəsmi Tehran hələlik hadisəyə münasibət bildirməyib.

Müstəqil ekspertlərin fikrincə, təhqiqat zamanı bu qədər yükün Azərbaycan ərazisinə hansı yolla daxil olduğu və Gürcüstan sərhədinə qədər maneəsiz necə çatdırıldığı mütləq aydınlaşdırılmalıdır. Onlar vurğulayırlar ki, İrandan Avropaya yönələn narkotrafikin ölkə ərazisindən keçməsi faktları xüsusi və ciddi araşdırmalar tələb edir.

Xatırlatma

Rəsmi Bakı vaxtaşırı İrandan gələn narkotik tranzitinin qarşısının alınması barədə hesabatlar dərc edir.

Bu ayın əvvəlində Azərbaycan Baş Prokurorluğu ölkəyə qayıqla 373 kiloqram narkotik maddə keçirməkdə ittiham olunan üç İran vətəndaşı barəsindəki cinayət işi üzrə istintaqın yekunlaşdığını bəyan etmişdi. İran tərəfi isə bu növ ittihamları, bir qayda olaraq, şərh etmir.

Azərbaycana gələnlər azalıb, gedənlər də

Yaxın Şərqdəki gərginlik Azərbaycanda turizm mövsümünü 'vurdu': 60 faiz azalma
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azalıb. Dörd ay ərzində ölkəyə dünyanın 175 dövlətindən 658.5 min xarici və vətəndaşlığı olmayan şəxs səfər edib.

Gələnlərin 26.7 faizi Rusiya, 22.4 faizi Türkiyə, 8.7 faizi İran, 5.3 faizi Gürcüstan vətəndaşları olub.

Əsas azalma Körfəz ölkələrindən gələnlərin sayında qeydə alınıb – bu istiqamətdə geriləmə 27.8 faiz təşkil edir.

Hesabat dövründə Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin sayı da 4.8 faiz azalaraq 602.4 min nəfərə düşüb. Ölkədən gedənlərin 40.8 faizi Türkiyəyə (ötən illə müqayisədə 7.5 faiz çox), 16.8 faizi Rusiyaya (1 faiz az), 10.8 faizi Gürcüstana (7.1 faiz az), 7.9 faizi isə İrana (31.4 faiz az) yollanıb.

Digər ölkələrə səfər edənlərin payı 23.7 faiz təşkil edib ki, bu göstəricidə də 12.1 faiz azalma var.

Ekspertlər Körfəz ölkələrindən gələnlərin sayının azalmasını, əsasən, Yaxın Şərqdə son aylarda artan gərginliklə izah edirlər. Bununla yanaşı, mütəxəssislər 2020-ci ilin əvvəlindən koronavirus pandemiyası səbəbindən Azərbaycanın quru sərhədlərində tətbiq olunan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını vurğulayırlar.

Təhlilçilərin fikrincə, həm quru sərhədlərinin qapalı olması, həm də regional rəqiblərlə müqayisədə turizm imkanlarının baha olması ölkəyə gələn xaricilərin sayını xeyli azaldır. Onlar yaxın vaxtlarda Gürcüstana dəmiryol xəttinin açılmasının bu prosesə müəyyən müsbət təsir göstərəcəyini ehtimal edirlər.

Ölkədən gedənlərin sayındakı geriləməni isə ekspertlər əhalinin maddi vəziyyəti ilə əlaqələndirirlər. İrana səfər edənlərin sayındakı kəskin azalma (31.4 faiz) isə bu ölkədəki daxili gərginlik, habelə İranın İsrail və ABŞ ilə apardığı hərbi toqquşmalarla izah olunur.

Tural Sadıqlı valideynlərinin Azərbaycandan buraxılmadığını deyir

Tural Sadıqlı
Tural Sadıqlı

Hazırda mühacirətdə yaşayan bloqer Tural Sadıqlının atası və anasının Azərbaycandan çıxışına qadağa qoyulduğu bildirilir. Bu barədə məlumatı bloqerin özü paylaşıb.

T.Sadıqlının açıqlamasına görə, mayın 15-i səhər saatlarında Bakı hava limanında Avropaya getmək istəyən atası və anası sərhəddən buraxılmayıb: "Onlara Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışlarına qadağa qoyulduğu bildirilib. Beləliklə, 74 yaşlı atam və 71 yaşlı anam səhhətlərində problem olduğu halda geri qayıtmaq məcburiyyətində qalıblar".

Bloqer vurğulayır ki, valideynlərinin heç bir cinayət əməli yoxdur və onlar hər hansı cinayət işində şahid qismində tanınmırlar. O, bu addımın birbaşa özünün siyasi fəaliyyətinə görə qisas xarakteri daşıdığını iddia edir: "Ötən il əmim Elmir Sadıqovu şərləyərək həbs etdilər, lakin bununla ürəkləri soyumadı. Barəmdə qiyabi 14 il həbs cəzası çıxardılar, yenə də kifayətlənmədilər...".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

T.Sadıqlının əmisi Elmir Sadıqov ötən il oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah-sursat saxlama) maddəsi ilə təqsirli bilinib. Bloqerin qardaşı Əlövsət Sadıqlı əmisinin günahsız olduğunu və məhkəmənin qeyri-obyektiv aparıldığını bildirib.

Xatırlatma

Azərbaycan hakimiyyətinə qarşı kəskin tənqidləri ilə tanınan T.Sadıqlının yaxınları son illər ərzində bir neçə dəfə hüquqi təqiblərə məruz qalıblar. Digər qardaşı Elgiz Sadıqlı da narkotik vasitələrin qanunsuz dövriyyəsi və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə həbs olunub. Ailə üzvləri bu həbsləri birbaşa T.Sadıqlının bloqerlik fəaliyyəti ilə əlaqələndirsələr də, hüquq-mühafizə orqanları bu iddiaları rədd edir.

Ötən il Baş Prokurorluğun təqdimatı əsasında xaricdə yaşayan bir sıra bloqerlər haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib. Həmin il dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qiyabi hökmü ilə T.Sadıqlı dələduzluq və kütləvi iğtişaşlara çağırış maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Sadıqlı bütün bu ittihamları "şər-böhtan" adlandırır.

373 kq narkotiki qayıqla keçirməkdə təqsirlənən üç iranlının işi məhkəmədə

'Narkotiki keçirənlərin hamısı dindarlardır' - Azərbaycan yenə 'mənfilər' siyahısına salındı
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Azərbaycana qayıqla 373 kiloqram narkotik maddə keçirməkdə ittiham olunan İran İslam Respublikasının üç vətəndaşı barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Baş Prokurorluğun mayın 13-də yaydığı məlumata görə, sözügedən şəxslər qabaqcadan əlbir olaraq 373 kiloqramdan çox marixuananı (45 kiloqramı qurudulmuş, 328 kiloqramı isə qurudulmamış halda) satış məqsədilə qanunsuz əldə ediblər. Onlar həmin narkotiki mühərrikli qayıqla Xəzər dənizinin Azərbaycana aid hissəsindən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməkdə ittiham olunurlar.

Rəsmi məlumata görə, təqsirləndirilən şəxslər Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar ediləcəklərini anlayaraq narkotik bağlamalarını dənizə atıblar. Sözügedən narkotik maddələr sonradan Xəzər dənizinin Xaçmaz rayonu sahillərində və ətraf akvatoriyada tapılaraq maddi sübut kimi götürülüb.

İran vətəndaşlarına Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4-1 (satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama və daşıma) və 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

İttiham olunan şəxslərin müdafiə tərəfindən, İranın rəsmi dairələrindən məsələyə münasibət almaq mümkün olmayıb.

Bakı tez-tez İrandan Azərbaycana narkotik tranzitinin qarşısının alınması barədə məlumatlar dərc edir. 2022-ci ildə isə Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından iddia edilmişdi ki, həmin ilin 10 ayı ərzində xarici ölkə mənşəli narkotik vasitələrin 95 faizindən çoxu İran ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib. Son illərdə də narkotik tranzitində əsasən İranın adı çəkilsə də, bununla bağlı dəqiq faizlər açıqlanmır.

Tehran tərəfi isə bu qəbildən olan rəsmi ittihamları əksər hallarda şərh etmir.

Jurnalist təcridxanada döyüldüyünü deyir

Nurlan Libre (Qəhrəmanlı)
Nurlan Libre (Qəhrəmanlı)

Həbsdə olan jurnalist Nurlan Librenin saxlandığı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldığı bildirilir.

Bu barədə məlumat mayın 12-də jurnalistin sosial media hesabında yayılıb. İddiaya görə, mayın 2-də təcridxananın bir əməkdaşı onu provokasiyaya çəkib və aralarında mübahisə yaranıb: "Məni döydü, qollarımı barmaqlıqların arasından sıxdı, daha sonra arxadan qandallayıb yuxarı doğru burdu. Qollarımda qandalın izləri qalır".

İddiaya təcridxananın həmin əməkdaşı və rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Rəsmilər isə təcridxana və cəzaçəkmə müəssisələri ilə bağlı oxşar şikayətləri təsdiq etmirlər.

Bu yaxınlarda həbsdə olan digər jurnalistlər də fiziki müdaxiləyə məruz qaldıqları ilə bağlı açıqlamalar yayıblar. O zaman da cavabdeh qurumlar belə şikayətləri təsdiqləməyiblər.

"MeydanTV işi"

N.Libre "MeydanTV işi" üzrə həbs edilib. Bu iş üzrə hazırda ümumilikdə 10-dan çox jurnalist həbsdədir. Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və digər maddələri ilə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələr üzrə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir. Onlar bildirirlər ki, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırılırlar.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs edilmir. Onların sözlərinə görə, jurnalistlər törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar.

Aytac Tapdıqın anasının xaricə çıxışına icazə verilməyib

Aytac Tapdıq
Aytac Tapdıq

MeydanTV-nin hazırda həbsdə olan jurnalisti Aytac Tapdıqın anası Dilrubə Amanovanın Azərbaycandan çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə məlumatı Amanovanın özü və yaxınları yayıb. Bildirilənə görə, o, xaricdə yaşayan digər qızı ilə görüşmək üçün səfər etmək istəsə də, Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Qadağanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən tətbiq edildiyi deyilir.

D.Amanova heç bir banka və ya dövlət qurumuna borcunun olmadığını vurğulayır.

O, sosial şəbəkələrdə fəallığı ilə seçilir.

Məsələ ilə bağlı DİN ilə əlaqə saxlayıb danışmaq mümkün olmayıb.

Bundan əvvəl də həbsdə olan bəzi ictimai fəalların və jurnalistlərin yaxınları oxşar məhdudiyyətlərlə üzləşiblər.

"MeydanTV işi"

MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs edilib.

Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist – Şəmşad Ağa, Nurlan Libre Fatimə Mövlamlı tutulub. Mayda jurnalist Ülviyyə Əli, avqustda isə fotojurnalist Əhməd Muxtar da "MeydanTV işi" ilə bağlı həbs ediliblər.

Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və digər maddələri ilə ittiham verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Həmin maddələr üzrə 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir. Onlar prezident də daxil olmaqla, hökumət nümayəndələrinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını vurğulayır və jurnalistlərin törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edildiklərini bildirirlər.

Lökbatanda anbar yanıb [Video]

Lökbatanda anbarda yanğın
Lökbatanda anbarda yanğın

Mayın 12-si gecə saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbar kompleksində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, ümumi sahəsi 46 min kv.m olan bitişik anbar kompleksinin 21 min kv.m sahəsi yanıb, qalan ərazi isə xilas olunub.

Yanğının səbəbi hələlik açıqlanmayıb.

Yerli media yanğının "Kontakt Home" mağazalar şəbəkəsinə məxsus anbarda baş verdiyini bildirir. Şirkətdən məsələyə hələlik rəsmi münasibət öyrənmək mümkün olmayıb.


MN: Kəlbəcərdə iki hərbçi minaya düşüb

Qarabağ minalardan nə dərəcədə keyfiyyətli təmizlənir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Mayın 11-də Azərbaycan ordusunun iki hərbi qulluqçusu Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, xəsarət alan hərbçilər yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib: "Yaralıların vəziyyəti stabildir və hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır".

Xəsarət alan hərbçilərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatından sonra ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 350-dən çox şəxs isə müxtəlif xəsarətlər alıb. Onların bir qisminin hərbi qulluqçu olduğu bildirilir.

Rəsmi qurumlar dəfələrlə vurğulayıb ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritələrini verməkdən imtina edir. Sonradan Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir hissəsinin geri təhvil verilməsi müqabilində bir sıra rayonların mina xəritələrinin alındığı bildirilib. Bununla belə, Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğulayıblar. Buna cavab olaraq Ermənistanın baş naziri bəyan edib ki, əllərində olan bütün xəritələr Azərbaycana verilib.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu (o cümlədən Kəlbəcər) işğal edilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra Qarabağdan erməni əhali köç edib.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Bakı Rusiya dövlət televiziyasından narazıdır

Azərbaycan XİN
Azərbaycan XİN

"Mayın 6-da Rusiyanın dövlət televiziyası olan "Birinci Kanal"ın "Vremya pokajet" verilişində Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

O xatırladıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

"Dövlət televiziyasında köhnəlmiş, saxta, separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir", – XİN sözçüsü vurğulayıb.

"Dövlətə məxsus media resurslarının məsuliyyətsiz, qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir", – o əlavə edib.

Hələlik bu açıqlamaya Rusiyanın cavabdeh qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bölgədə dünyanın heç bir ölkəsinin tanımadığı "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğu elan edilmişdi.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, ötən il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, qarşılıqlı iddiaların dayandırılması vacib sayılır.

Bir ay sonra, iyunun 7-də Ermənistanda parlament seçkiləridir. Azərbaycanda və Ermənistanda bir sıra müstəqil ekspertlər düşünürlər ki, Kreml bu seçkilərdə hazırkı baş nazir Nikol Paşinyana alternativ sayılan, bölgədə separatizmi qızışdıra biləcək bəzi qüvvələrin qələbəsini istəyir . Hərçənd Rusiya rəsmiləri belə dəyərləndirmələri qəbul etmirlər.

Davamı

XS
SM
MD
LG