Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 17:28

Çeçenistanda dörd nəfər ‘oğurlanıb’


Ramzan Kadyrov Çeçenistanda VTB Bank-ın ilk filialının açılışında, 5 fevral, 2020-ci il

Moskvada mənzillənən “Memorial” insan haqları mərkəzi bildirir ki, Rusiyanın Çeçenistan regionunda naməlum şəxslər dörd gənci öğurlayıblar.

Çeçenistanın Urus-Martan regionundakı Qexi kəndinin sakinləri fevralın 6-da mərkəzə deyiblər ki, Movsar Vakhayev, Abdulla Zairayev, Zelimkhan KulayevAkhmed Satayev bir gün öncə yerli vaxtla axşam 10-da naməlum şəxslər tərəfindən iki maşında aparılıblar.

Şahidlər gənclərdən ikisinin oğurlanmasını mobil telefonlarına çəkə biliblər.

Oğurlanan şəxslərin qohumları polisə şikayət etdiklərini deyirlər. Həmin şəxslərin harada olması bəlli deyil.

İllər boyu Çeçenistanda adam oğurluğu, işgəncə, məhkəmədən kənar qətllərlə bağlı xəbərlər gəlib. İnsan haqları fəalları bu özbaşınalıqlara görə regionun Kremlin dəstəklədiyi lideri Ramzan Kadyrovu ittiham edirlər.

Rusiya Prezidenti Vladimir Putin Kadyrov-u 2007-ci ildə bu üsyankar regiona başçı təyin edib, iki dağıdıcı müharibədən sonra sabitliyin bərqərar olmasında ona bel bağlayıb. Kadyrov da regionu şəxsi subyekti kimi idarə edib.

XS
SM
MD
LG