Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:36

Suriya təyyarəni az qala vuracaqmış


Dəməşq yaxınlığı İsrailin daha bir zərbəsindən sonra, arxiv fotosu

172 sərnişinin olduğu Airbus A320 təyyarəsi Rusiyanın nəzarətində olan Xmeymim hava bazasına fövqəladə eniş edib. Suriyanın havadan müdafiə qüvvələri təyyarəni az qala vuracaqmış. Məlumatı Rusiyanın xəbər agentlikləri fevralın 7-də Müdafiə Nazirliyinin sözçüsünə istinadla yayıb.

Igor Konashenkov deyib ki, Suriya qüvvələri İsrailin Dəməşq yaxınlığına zərbəsini dəf etməyə çalışırmış.

Konashenkov-un sözlərinə görə, gecə saat 2-dən sonra İsrailin dörd F-16 qırıcısı Suriyanın hava məkanına daxil olmadan Dəməşq ətrafına 8 yer-hava tipli raket atıb.

Tehrandan Dəməşqə uçan, 172 nəfərin olduğu təyyarə hücum vaxtı eniş etməyə hazırlaşırmış. Sərnişin təyyarəsi “artilleriya atəşi”ndən çətinliklə də olsa qurtula bilib, Konashenkov vurğulayıb.

Təhlükə zonasından çıxarılan təyyarənin Xmeymim hava bazasına enməsinə köməklik göstərilib.

Bundan artıq açıqlama verilməyib.

XS
SM
MD
LG