Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 19:48

Macarıstan Serbiya ilə sərhədini bağlayır


Miqrantların etirazı

Macarıstan polisi Serbiya ilə sərhədi müvəqqəti bağlayıb. Buna uşaqlar daxil 200-dək miqrantın əraziyə yığışaraq ölkəyə giriş tələb etməsi səbəb olub.

Yorğanlara bürünmüş miqrantlar fevralın 6-da gecə saatlarına qədər dondurucu havaya, sərt küləyə baxmayaraq Kelebica sərhəd keçid məntəqəsinə yığışıb, yolu kəsiblər. Uşaqlar “Sərhədləri açın!” deyə qışqırıb, bəzi miqrantlar isə “Biz cinayətkar deyilik, qaçqınıq”, “Aclıqdan deyil, müharibədən qaçırıq”, “Qoyun keçək” sözləri yazılmış plakatlar qaldırıblar.

Serbiya tərəfdən sərhədçi “Frans Pres” agentliyinə deyib ki, Serbiya ilə Macarıstan arasındakı ərazidə “yüzədək miqrant” dinc şəkildə gözləyir, Macarıstan hakimiyyətindən onları içəri buraxmağı tələb edir.

Miqrantlardan biri HVG.hu xəbər portalına deyib ki, “Biz dinc etiraz edirik. Qərbi Avropaya səfərimizi davam etdirməyə icazə verilməsini istəyirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG