Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 08:39

İranı qara qutuları Fransaya göndərməyə çağırırlar


Arxiv fotosu

Kanada bir daha Tehranı İran qüvvələrinin vurduğu təyyarənin qara qutularını Fransaya göndərməyə çağırıb.

Kanadanın Xarici işlər naziri Francois-Philippe Champagne yanvarın 5-də iranlı həmkarı Mohammad Javad Zarif ilə telefon söhbətində “hərtərəfli, etibarlı və şəffaf araşdırma aparmağa” çağırıb.

İran ilk öncə yanvarın 8-də təyyarənin vurulması ilə əlaqəsi olmadığını desə də, sonradan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737 təyyarəsinin səhvən vurulmasına görə məsuliyyəti götürüb. Təyyarədə olan 176 nəfər həlak olub.

Qurbanlardan 57-nin Kanada vətəndaşı, 29-nun həmin ölkəyə qayıdan daimi rezident olduğu bildirilir.

İranın mülki aviasiya idarəsi fevralın 4-də bildirib ki, sərnişin təyyarəsinin vurulmasını araşdıran digər ölkələrlə işi davam etdirəcək, amma qara qutuların məlumatını indiyədək açıqlamayıb.

Champagne deyib ki, qara qutuların tədqiqi üçün üstünlük verilən versiya “İranın Fransanın təklif etdiyi qurğulardan yararlanmasıdır”.

Kanadanın Baş naziri Justin Trudeau qara qutuların zədələndiyini, Fransanın datanı analiz edə biləcək azsaylı ölkələdən olduğunu deyib.

Champagne faciədə həyatını itirmiş 57 kanadalının ailəsinə kompensasiya məsələsini də qaldırıb.

XS
SM
MD
LG